azeri sayt

Bir milli saytımızda (ünvanını yazmıram, biyabır olmasınlar) gözəl Vətən oğul və qızlarımız Allaha və İslama münasibət bildirirlər. "Hə bunda nə var ki?" diyəcəksiniz. Amma tələsməyin, xəbərin davamına diqqətli baxın.

Davamı…

Əğər Qarabağda vuruşmaq yox, mahnı oxumaq davası olsaydı, biz udardıq. Çünki əsl azərbaycanlılar ancaq boş-boş şer dimek, zırıltılı mahnı oxumaqda ustadırlar. O ki qaldı silah götürüb müharıbəyə getmək, onda kişi tapılmır. Zato kişilik haqqında dəstan yazmaq lazım olanda, bir diviziya şair ortaya çıxır. Manızlar ölkəsiyik də. Bir köpək oğlu durub dimir ki, namus-qiryət erməni ayağı altındadır. Hamı hələ klip çekir.

azerbaycanda-internet.png

CNN saytında deyilir ki, Azərbaycan əhalisinin 8%-i İnternet istifadəçisidir. Yani indi Azərbaycanda 678800 adam İnternetdən istifadə edir. Amma bizim Statistika Komitəsi isə deyir ki, Azərbaycanda düz 829100 xoşbəxt İnternet istifadəçisi var.

2006-cı ilin sonuna istifadə yerindən və avadanlığın növündən asılı olmayaraq İnternetdən istifadə etmiş şəxslərin sayı 829.1 min nəfər (2005-ci ildə 678.8 min) təşkil etmişdir. Onların 69.9 faizi kişi, 30.1 faizi qadın olmuşdur.

İstifadəçilərin 36.4 faizi yaşadığı evdə (mənzildə), 23.0 faizi İnternet klublarda, 19.8 faizi iş yerində, 14.9 faizi təhsil müəssisəsində, 2.1 faizi kitabxanada, 3.8 faizi isə digər yerlərdə İnternet şəbəkəsinə qoşulmuşdur. Orta hesabla hər gün İnternetdən istifadə edənlərin İnternet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 41.2 faizdir.

İnternet istifadəçilərinin beşdə dörd hissəsi 16-35 yaşlı gənclərdir. Yaşı 64-dən çox olanların istifadəçilərin ümumi sayında xüsusi çəkisi 0.7 faiz təşkil edir. İstifadəçilərin 55.0 faizi ali təhsillidir. İnternetdən informasiya axtarmaq məqsədilə istifadə edənlər daha çox – 49.2 faiz (oyun, şəkil yükləmək və musiqiyə qulaq asmaq halları da daxil olmaqla), hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artsa da, yenə daha az – 4.4 faizlik xüsusi çəkiyə malikdir.