«Bakı Sakinlərinin Həyat Tərzinin Öyrənilməsi üzrə Birinci Araşdırma»
Mənbə: www.mak.az (Azərbaycanın Online Marketinq Jurnalı)

baku sexy girl PROCON GfK International Research GROUP tərəfindən paytaxt əhalisinin həyat tərzi, maraq və problemlərinin öyrənilməsi məqsədi ilə xüsusi araşdırma həyata keçirilib. Kəmiyyət Tədqiqat Metodologiyasının telefon sorğusu metodu vasitəsilə həyata keçirilən bu araşdırmada Bakı sakinlərinin 4 istiqamət üzrə rəyi öyrənilib. Yaşı 18-45 arasında olan 219 respondent müsahibəyə cəlb olunub.

Respondentlərin 41 faizini kişilər, 59 faizini qadınlar təşkil edib. Respondentlərin 37 faizi hesab edir ki, hazırda Azərbaycanda insanların ən yeni məşğuliyyət növü kompüter, 28 faizi hesab edir ki, İnternet, 18 faizi isə hesab edir ki, ticarətdir. 8 faiz respondentin fikrincə, insanlar iş axtarmaqla, 5 faizinin fikrincə isə ofis işləri ilə məşğul olurlar. Bundan başqa, repondentlər insanların ən yeni məşğul olduğu sahələr kimi biznesi (4 faiz), televizora baxmağı, istirahət və tikintini də (hər biri 3 faiz) göstəriblər.

Respondentlərin 44 faizi indi daha çox kompüter, 34 faizi mobil telefon, 15 faizi avtomobil, 12 faizi paltaryuyan maşın, 10 faizi digər məişət əşyaları, 9 faizi geyim almağa üstünlük verir. Onların yerinə yetməsini istədikləri iki ən mühüm arzu və istək sırasında 15 faizi birinci ev almağı, 9 faizi sağlamlığı, 8 faizi iş tapmağı, 7 faizi övladlarının xoşbəxtliyini və sair göstəriblər. İkinci sırada yer alan arzular sırasında sağlamlıq (10 faiz), iş (8 faiz), xoşbəxtlik (8 faiz), ev almaq (6 faiz), övladların xoşbəxtliyi (6 faiz) və sair qeyd olunub.

Araşdırmaya cəlb olunan Bakı sakinlərinin 26 faizinin həyatında ən xoşagələn şey ailəsi, 14 faizində övladları, 13 faizində işidir. Cəmi 2 faiz insan həyatında hər şeyin xoşagələn olduğunu, 7 faiz isə həyatında heç nəyin xoşagələn olmadığını bildirib.

Sevda Alekperzadeh Xəbəriniz olsun ki, hal-hazırda World Music Charts Europe reytinqində (çartında) Sevda Ələkbərzadənin "Gül Açdı" (A Flower In Bloom) albomu 17-ci yerdədir. Bualbom Almaniyanın Network Medien şirkəti tərəfindən buraxılıb və həm yüksək texniki xüsusiyyətlərə, həm də gözəl dizayn olunmuş CD-yə malikdir. Marketinq və reklam işləri də Avropa səviyyəsində həyata keçirilib. Deyəsən Azərbaycan müğənnilərindən hələm heç kim bundan yaxşı nəticə əldə etməmişdi. Halaldır! Gözləyək və ümid edək, bəlkə ilk10-a da daxil ola bildi.

Bu albom Azərbaycanda "Şəbi Hicran" adı ilə çıxarılmışdı. Amma gəl bu avropalılara başa sal da "şəbi hicran" nədir. Yazıqlar bu kəliməni heç söyləyə bilməzlər. Onun üçün alboma"Şəbi Hicrana" daxil olan bir mahnının – Gül Açdı mahnısının – adı verildi. Hələ bu səbəbdən də müğənniyi sadəcə Sevda adı ilə təqdim edirlər. Hələ düz edirlər, hansı avropalı "Alekperzadeh" kəliməsini diyə bilər? Sevda 3 illik kontrakt imzalayıb və gələn il bir CD daha buraxmalıdır. Gözləyəcəyik.

Albom həqiqətən gözəldir. Bəzi mahnıları müğəninin saytından yükləyə bilərsiniz. İstəyənlər isə Flower in Bloom albomunu Amazon mağazasından ala bilər. Çox da bahalı deyil.

10October

Lirik musiqi

Bir necə lirik musiqi parçasını diqqətinizə təqdim edirik.
Çox vaxt böyük MP3 faylları yüklədiktən sonra, mahnını bəyənmirik və ya faylın keyfiyyəti bizi qane etmir. Belə bir vəziyyətdə bu faylı yüklədiyimiz üçün peşman oluruq. Bunun üçün təqdim etdiyimiz MP3ləri yükləməktən əvvəl qısa bir hissəsini dinləyə bilərsiniz.

Rafiq Babayev – Əlvida
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Yükləyin (1,63 Mb)

Rafiq Babayev – Kompozisiya
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Yükləyin (2,38 Mb)

Rafiq Babayev – Portret
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Yükləyin (3,30 Mb)

Xədicə Abbasova – Payız gəldi
Test (14 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Yükləyin (2,42 Mb)

Bayatı-Şiraz
Test (13 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Yükləyin(0,95 Mb)

Müasir azərbaycanlılar qədim və ulu mədəniyyətin varisləridirlər. Zarafatsız. Xüsusiylə də manızlarımız.

Saida Sultan Misal üçün təzə ulduzumuz Səidə Sultan, deyilənə görə ailəsinin fəxri, qohumlarının qürur mənbəyi və qəlir qapısıdır. Bir sözlə korifeydir.
İlhamə Quliyeva meqa-super-muper prişmando… oy uzr istəyirəm, primadona ola bilər, Səidə korifey ola bilməz? Həm oxuyur, həm oynayır, həm də xalqın mənəvi irsinin keşiyində durur. Azərbaycan bundan artıq korifey tapacaq?
Halaldır!!! Həm özünə, həm onu yetiştirib səhnəyə buraxanlara, həm də onu izləyən bizlərə. Halaldır!!!
Yazının davamındaki şəkillərə mütləq baxın və siz də “HALALDIR!!!” deyin.

binamus Tolik Bir də gözəl-göyçək bir oğlanımız var, Tolik. Vətənin kişi balası, mərd qoruyucusu, şərəf dirəyi, Qarabağın azadlıq ümidi. Cavanlarımızın əksəriyyəti (bəli, bəli!) onun kimi pul qazanan, onun kimi tanınmış, onun kimi bomba xod gedən oğlan olmaq istəyirlər. Vallah, istəyirlər!
Ya da в крайнем случии F.A. olmaq da olar. Saçını-başını-g… rəngləyib, əskər forması giyinib klip çəktirmək. Soruşanda ki, "ay vətənpərvər oğul, əskərliyə niyə getməmisən? Qarabağda müharibə gedəndə axı sən 23-25 yaşındaydın. Heç o tərəflərə getmisən?" – F.A. kimi "Mən xəstəyəm, spravkam var" cavab verərlər. Adətimizdir də.
Aygünün və Röyanın xələfi Tolikin də şəkillərinə baxıb, niyə onun kimi olmaq istədiklərini öyrənin.

Davamı…

help Azərbaycan qəribə ölkədir.
Hansısa bir manız 11 min dollarlıq mobil telefonla fəxr edir, amma 16 min dolları olmadığı üçün bir ananın uşağı kor olur.

Azərbaycan çox anlaşılmaz ölkədir.
Nəsli-kökü bişərəf olan bir əcnəbiyə milyonlar ianə edilir, amma azərbaycan anasının azərbaycanlı balası xaricdə qucağında pulsuzluqdan ölür.

Vallah Azərbaycan çox təəccüblü ölkədir

Rusiyanın "Аргументы и факты" qəzetindən alınmış bir məqaləni bu yazının davamında oxumağınızı və köməyinizi əsirgəməməyinizi çox xaiş edirik. Zəhmət olmasa bu xəbəri mümkün olduğu qədər çox adama çatdırın.

Davamı…

Azərbaycanlı olub, ana dilini bilməyənlər və əcnəbilər üçün azərbaycan dili dərsləri silsiləsini başlayırıq.

Birinci dərs – İlin Fəsilləri:

Davamı olacaq.