31December

2008 yeniləndi

Tədbirin isti-isti şəkillərini təqdim edirik. Torqovıdan başlayaraq Azadlıq meydanı qədər bütün küçələr dolub daşır. Fotolar indi çəkilib.

2008 yeni il sekil azadliq meydani foto sekiller

Təzə video əlavə olundu.

Davamı…

Bu gün axşam Azadlıq meydanınnda Yeni İl konserti və ardından New Year Party olacaq. Hazırlıqlar bir necə gündür ki davam edir. Deyilənə görə nesə surpriz da olmalıdır. Gözləyək, görərik.

yeni il baki azadliq meydani foto sekiller

Hələlik isə hazırlıqlar gedən meydandan şəkillərə baxa bilərsiniz.

Davamı…

30December

Ya bizimkilər

Bu avtoş Amerikanın Kolumbiya ştatında yaşayır. Halaldır! Heç Bakıda belə maşın görməzsən. Amma hamının əynində ARMANİ yazılı papağlar var. Papağınızı yerə soxum!
usa-azeri-avto.jpg
Foto AzerPhoto agentliyindən Tural Kərimliyə aiddir.

azerbaycan fotoƏvvəlki qısa xəbərlər yazımızda 38 qoyun məsələsini aydınlaşdırmışdıq. İndi də yeni rekord – bir udarla 45 qoyun məhv edilib. Diyəsən day.az bizim ölkəmizi dünyada məşhur edəcək.

Bəziləri inanır ki, guya Azərbaycanda elm və elm adamları var. Adam bunu oxuyandan sonra bir daha əmin olur ki, bizdə elm deyilən şey yoxdur və yaxın zamanda olmayacaq.

LaVidaBloga saytından məzəli bir yazı – Aznet 2017.

2007-ci ilin ən yaxşı iqtisadi məqalə mükafatını “Qıza nə qədər pul xərcləməli?” yazısı ilə super intellektual mıx.az  saytı aldı. Təbrik edirik!

Bu ilin ən yaxşı mədəniyyət məqaləsi mükafatını isə,  “Проблемы секса в Баку” yazısı ilə Azərbaycanın ən namuslu saytı AzeriLove aldı. Müvəffəqiyyətlər arzulayırıq!

Əsl erməni toyu.

Azərbaycanın bəzi maraqlı iqtisadi dəyərləri (ingiliscə).

Milli mırt şəkillər serialı davam edir.

Qız Qalası qızları

Davamındaki fotolar hamısı abırlıdır, çəkinmədən baxa bilərsiniz.

Davamı…

Əsl azərbaycanlı qadının arzusu nə ola bilər? Təbii ki pullu kişi! Bəs əsl azərbaycanlı qadın bu arzunu yerinə gətirməyi kimdən istəyər? Təbii ki prezidentdən. İnanmırsınız? Onda baxın…

Bu video www.joy.az saytından yüklənib. Şəxsən Faiqə (716cT) minnətdarıq.

12December

Yaxşı xəbər

ali shabanovYadınızdadırsa, Ramazan bayramı ərəfəsində “Помогите спасти Али Шабанова” yazısını dərc etmiştik.

İndi isə Əli Şabanov haqqında yaxşı xəbərlərimiz var. Bir necə gün əvvəl ona təzə böyrək transplantasiya edilib və hal-hazırda Əli özünü yaxşı hiss edir. Çox şükür olsun Allaha!

…История двухлетнего Али Шабанова из Оренбурга (“Али хочет видеть маму!”, “АиФ” №37), у которого редкое заболевание – синдром Пиерсона, закончилась хорошо. Дети с подобным диагнозом не доживают даже до года, а наш Али благодаря врачам отделения трансплантации РНЦХ благополучно перенёсоперацию по пересадке донорской почки. Спасибо нашим читателям, которые оплатили для Али дорогостоящее лекарство. Операция прошла успешно, Али выписывают домой…

Sevinirik ki, bizim də bu savab iştə, az da olsa, bir payımız var. Əli üçün Bakıdan kömək göndərənlərə xüsusiylə minnətdarlıq bildirmək istəyirik:
çoxa imkanları çatmayan, ancaq ürəklərindən gələn qədər kömək göstərən insanlara,
Ramazan fitrələrini Əlinin müalicəsi üçün göndərən ÇİNİCİ mağazası işçilərinə və xüsusiylə də İlhamə Qafarovaya,
pulun köçürülməsində kömək göstərən Zamin Bank işçilərinə,
Əli haqqında yazını öz saytlarına yerləştirən sayt sahiblərinə
və bəlkə də bizim bilmədiyimiz, amma köməyini əsirgəməyən başqa insanlara.

Çox sag olun, Allah sizi heç nəyə möhtac etməsin, Allah sizə ürəyiniz gədər versin.

Axır ki bu da oldu!
Axırki Azərbaycan şou-biznesi xarici ölkə mətbuatında yer aldı. Özüdə hələ-belə Özbəkistan-Mözbəkistan yox e, dübələm-düz İngiltərə mətbuatında.
Axır ki Röya bombasını partlatdı. Aygün də, İlhamə də, qalanları da paxılıqdan divara dırmaşırlar.

Neyse, çox uzadmayım – İngiltərənin "The First Post" jurnalında Röya Ayxan haqqında məqalə dərc olunub. Məqalənin adı da "Sex-bomb targets Iran" (Seks bomba İranı hədəfləyir). Məqaləni tərcümə etməyə həvəsim yoxdur, amma qısa məzmun belədir – Röya İrana qarşı istifadə oluna biləcək ən güclü silahdır. Məqalənin birinci sətirini necə var yazmaq istəyirəm – Roya is a slut. Davamını təsəvvür edin də.

Roya haqqinda meqale