Bu gün bir ağılı oxucumuz oğlanlarımıza bir məsləhət göndərib. Əğər qızın telefon nömrəsini öyrənmək istəyirsinizsə, bu fokus vasitəsiylə bunu asanlıqla edə bilərsiniz.
Əvvəlcə qıza deyin ki, ona bir fokus göstərəcəksiniz və ondan xahiş edin ki, sizə demədən, öz telefon nömrəsinin ilk 3 rəqəmini (misal üçün nömrəsi ABC-DE-FG isə, “ABC” olur) vursun 80-ə. Daha sonra nətiycəyə 1 əlavə etmək və alınan rəgəmi 250-yə vurmaq. Daha sonra telefon nömrəsinin qalan dörd rəqəmini üstünə gəlmək (misaldakı “DEFG”) və bir daha bu dörd rəgəmi əlavə etmək. Nəticədən 250 çıxmaq və 2-yə bölmək.
Yəni telefon nömrəsi ABCDEFG olsa, onda bu düstur alınır:
((ABC*80+1)*250+DEFG+DEFG)-250
—————————————————— = ABCDEFG
2
Axırda heç qız özü də başa düşməyəcək ki, siz onun nömrəsini öyrəndiniz.
Müvəffəqiyyətlər !!!
21 yaşlı Minarə Nəcəfova Bakıdandır, amma hal-hazırda Kanadada, Torontoda yaşayır. Bu gözəl, zövqlü və məlahətli xanım Seneka Koledjində oxuyur və gələcəkdə tib bacısı olacaq. Heç sözü çox uzatmadan, buyurun fotolara baxın.
Davamı…
Çox qəribədir ki, Şimali və Cənubi Amerikada yaşayan hindi tayfalarının dilində , Azərbaycan dilənə çox oxşar sözlər var. Meksikada işləyən həmvətənimiz Nazim Səmədov bir necə hindi sözü ilə azəri sözünün eyni olduğunu bizi e-mail ilə yazıb. Həqiqətən də, həm oxunuş, həm də məna olaraq bu sözlərin eyni olması təsadüf ola bilməz.
yatkı – ev (yatılan yer?)
tamazkal – hamam (təmiz qal?)
tsün – uzun
tepek – təpə
tete – dədə
hu – salam (“Nəsimi” filmini yada salın)
atışka – atəş, alov
yanunda – yanında (lap Bakı ləhcəsidir ki)
aşköz – yemək
yu – su (yumaq?)
ildiş – dişləmək
kün – gün
kuşa – quş
Bir necə gün ərzində saytımız hostinq təminatı ilə əlaqədar problemlər yaşadı. Əvvəlki hostinq təminatçımızın xidmətləri çox da keyfiyyətli olmadığı üçün saytda yükləmələr ilə əlaqəli nasazlıqlar ortaya çıxırdı. Həm də saytın həcmi artıqca, vəziyyət maddi olaraq da ağırlaşırdı. Bundan əlavə bir necə başqa proektlər üçün də hostinqə ehtiyacımız vardı.
Hələ bu məqamda ilk10 blogunda bir reklam banneri diqqətimi çəlb elədi. SİTE5 şirkəti 750Gb həcmli hostinq paketlərini ayda cəmi 5$-a təklif edir. İnanmadım. Çünki biz 2Gb üçün ayda 8$ verirdik və bunu çox ucuz hesab edirdik. Mən hələm yerli şirkətlərin qiymətləri ilə müqaisə etmirəm (500Mb üçün 15AZN istəyirlər). Fikirləşdik bəlkə nesə fırıldaq var. Bu firma haqqında biraz məlumat axtardıq, forumlarda bu hostinq haqqındaki şərhləri oxuduq, gördük ki fırıldaq deyil. Nəisə, uzun sözün qısası, aldıq və çox razı qaldıq. Söz veriblər ki, 60 gün ərzində bəyənməsək, pulu qaytaracaqlar.
Əğər sayt açmaq fikriniz varsa, bu hostinqi almaq məsləhətdir. Hal-hazırda bundan ucuz və bu qədər imkanı olan, bu qədər texniki xüsusiyyətlərə malik olan başqa bir təklif yoxdur. Bilən varsa, bizə də xəbər versin.
Bakıya qar yağması hər zaman bir hadisəyə çevrilir. Bu ilin ilk qarı isə bolluğu və gözəlliyi ilə hamını heyrətə düşürdü. Bir necə foto şəkil bu gözəlliyi xatirələrimizdə saxlayacaq. Yazının davamında qısa, amma çox yaxşı bir video da əlavə olunub.

Davamı…
Hər ilin axırında o ilin “best of best”lərini seçmək bir ənənə oldu. Bu il də onlayn nəşrlər müxtəlif sahələrdəki “ən yaxşılar”ı seçtilər. Bəzi kateqoriyalardakı qalibləri diqqətinizə çatdırırıq.
Bayramlar davam edir, çünki məktəblərdə tətil uzadılıb, çoxu universitetlərdə dərslər keçirilmir, çox iş yerləri bağlıdır. Qar yağanda, Bakıda həyat dayanır, evdən çıxmaq mümkün deyil. Bu məqamda adam istəyir dincəlsin, eylənsin. Bütün günü otursun kompüterdə oyun oynasın. Yaxşı oyunlarınız yoxdursa, pulsuz oyunlar yükləmək üçün xəbərin davamını oxuyun.
Davamı…
Bir oxucumuz bu yazını bizə göndərib. Necə var, hələ də dərc edirik. Müəllifin kim olduğunu bilmirik, amma bilən varsa, zəhmət olmasa şərhlərdə yazsın.
“Меня убивает, как у нас измываются над бедными женихом и невестой… Сейчас опишу, как это происходит в 80 случаях из 100.
Начну с самого дня свадьбы, но прошу не забывать, что как раз за день до свадьбы невесту “пытали” хной… (происходит это примерно так: человек 30 шумных баб и детей приносятся с кастрюлькой полной странной зеленовато-коричневой жижей и упорно пытаются намазать её на все части тела невесты).
Так, не буду отвлекаться… Итак, день свадьбы…”
Davamı…