Martın 14-də, yerli vaxtla saat 20:00-da, Nyu York-da (Bruklində) yerləşən “Casanova Lounge” klubunda azərbaycanlıların təşkil etdiyi qonaqlıq olacaq.

Ünvan: Casanova Lounge, 2235 65th street, Brooklyn, NY 11204
Əlaqə: Nigar Qasımova, +1.347.866.2496, baku_newyork@yahoo.com

azeri party baku new york

15Fevral

First Lady

Azərbaycanın birinci xanımının “Baku” junnalında dərc olunmuş şəkili.

mehriban aliyeva, azerbaujan first lady, pashayeva
Foto Life.az saytından alınıb.

14Fevral

Eşqin saytı

Sədaqət xanım, azeri site Əslində bu 14 fevral Sevgililər Günü boş şeydir. Amma bir sayt var ki, onu məs bu gündə təqdim etmək istədik.

www.sedaqet.com

Bilmirik bu sayt kimidir, ancaq bu saytın həsr olduğu Sədaqət xanımı Sevgililər Günü münasibəti ilə təbrik edirik!!!

Çoxu milli bloqlarda “Ancaq Azərbaycanda” seriyasında yazıları görmək olar b(u növ yazılar əksəriyətlə atmadır). Biz də ancaq azərbaycan ordusunda ola biləcək bir şeyi diqqətinizə təqdim edirik. Əvvəlcə bu şəkilə baxın.
caspian see, azerbaijan army, xezer

Qeyri-adi bir şey görünmür. Ancaq yaxından baxanda… yaxında çəkilmiş fotoya xəbərin davamında baxın.

Davamı…

Bizim saytın əsas prinsiplərindən biri, oxucularımıza mümkün olduğu qədər keyfiyyətli musiqi təqdim etmək. Yükləmək üçün yerləşdirdiğimiz MP3 fayllarda heç bir səs əlavələri yoxdur. Biz sizə Zəngimcell də soxuşdurmuruq. Hər şey pulsuz, reklamsız və ən keyfiyyətlidir. Bəziləri təzə, eksklüziv mahnılar istəyir, amma biz ancaq klasik, əsil sənət nümunələrini təqdim etməyə davam edəcəyik.
Bugün də 3 lirik mahnını yükləyə bilərsiniz. Təbiyi ki böyük MP3 faylları yükləmədən əvvəl, qısa bir parçanı dinləyə bilərsiniz.

Yalçın Rzazadə – Bakı sabahın xeyir
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (2,19 Mb)

Опять Метель – Алла Пугачева и Кристина Орбакайте
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (1,62 Mb)

Marcas de Ayer – Adriana Mezzadri
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (1,75 Mb)

5Fevral

Təzə moda

Bu şəkili naməlum bir oxucumuz göndərib. Foto Azərbaycan Tibb Universitetində çəkilib.



Torqovıda yerləşən binaların birində balaca bir yanğın baş verib. Çox əhəmiyyətli bir şey olmayıb, xəsarət alan da yoxdur. İstəsəniz şəkillərə xəbərin davamında baxa bilərsiniz.
Qonşuların dediyinə görə, bir müddət əvvəl Rusiyadan gələn və özünə yaxşı bir vəzifə alan bir şəxs, bu yanan mənzili almaq istəyirmış. Amma evin sahibi mənzilini satmaq istəmirdi. Uzun söhbətin qısası, çox ged-gəldən sonra, bir gün bu evdə yanğın baş verdi. Və indi mənzilin sahibi bu evi satmaq fikrinə gəlib.
Bax belə, azərbaycanlılar ticarət məsələlərini beləcə halallıqla həl edirlər. Sizdən uzaq.

Davamı…

eurovision azerbaycanİTV-də EuroVision konsertinə baxdınız? Doyunca güldünüz? Yazıq Ruslana snequroçka kimi 4 dəfə elan olundu, amma çıxmadı ki, çıxmadı. Reklam, boş söhbətlər, dərin pauzalar və nəhayət 6 dəqiqə sonra konsert davam etdi. Efirə gedən söhbətlər isə lap mırt idi. “Ещё кричите”, “давай elan elə də”, “повторить повторить”, “ну что делать” sözlərini görəsən Avropaya canlı yayında necə tərcümə elədilər? Kameraların qabağında naməlum adamların gəzməsi, ekranın hərdən qaralması, mikrofonların exo verməsi isə xırda şeylərdir, heç fikir vermədik. Və ən bombası da bu qədər səhvdən sonra aparıcının “Necədir şoumuz, xoşunuza gəldi?” soruşması oldu. Sonra özü də güldü öz sözlərinə.
Dəvət olunan qonaqlara bir meşok pul verilməsinə baxmayaraq, fonoqrama ilə oxuyurdular. Bəs nə oldu Mədəniyyət Nazirliyinin sərəncamı? Fonoqrama ilə hələ bizim qonşumuz Tükəzban xala da oxuyar. Ukrayna Radasının deputatı Ruslana heç olmasa xeyli əziyyət çəkib əməlli-başlı şou göstərdi. Qrupu, səhnə geyimləri, hazırlanmış proqram ən azından səviyyəli idi. Sertab Erener isə təyyarədən hansı paltarda düşmüşdüsə, hələ o paltarla da səhnəyə çıxdı. Tək-tənha. Oxumağı və mahnılarına söz ola bilməz, əla idi, ancaq bizim Tükəzban xala da sapaşki ilə səhnəyə çıxıb ağzını açıb-bağlamağı bacarır. Mariya Şerifoviç səhnəyə qalstuk və krasovka ilə çıxa bilər, Tükəzban xalaya olmaz? Mətbuat konfransında EuroVision təmsilçisi jurnalistləri fit çalaraq sakitləşdirməsi isə Avropanın bizə qarşı tərzinin ən yaxşı nümayişidir. Bir də bizim jurnalistlərinin mədəniyyət səviyyəsinin. Jurnalist Zaxaryanın çıxışı isə məni lap mat qoydu. Nə isə.

Bizim iştirakçılar isə… Allah kömək etsin onlara. Əslində görünür ki həqiqətən yaxşı çalışıblar, istedadları da var, amma onlara ağsaqqallıq edənləri qəşəng çırpmaq lazımdır. Gül kimi uşaqları nə günə qoyublar.

Aynur İsgəndərliyə kim öyrədib o qədər qışqırmağı? Ona yaraşardı həzin, lirik bir mahnı. Səsi də var, görünüşü də buna uyğundur. Onun opanıb-düşmək biraz gülməli görünür axı. İlqar Muradov stilində slow vəya blues bir mahnı, sadə amma efektli bir aranjirovka və qız almaz kimi parıldayardı.
(Aynur İsgəndərlinin videosu)

Unformal (İTV-nin yazdığı kimi Anformal) qrupu… nə deyim, onlar qalib gəlməli idilər. Hər cəhətdən yaxşı idilər. Solist Delya və bas gitaraçı Fəridə favoritlərimdir. Təsüflər ki olmadı.
(Unformal qrupunun videosu)

Elnur Hüseynovu isə imijmeykerlər görünüş olaraq Türkiyənin Atina qrupunun solustinə, oxuma tərzinə görə isə Rusiyanın Dima Bilanına oxşadıblar. Ay balam, bu Elnurdur, öz stili var, Vitas kimi zilə çıxması çox vacibdir? Mahnısı isə Tatunun “Я сошла с ума” mahnısına yaman oxşayır. Görünüşü, tərzi orijinal olmasa da, azərbaycansayağı deyil, avropa zövqünə uyğundur. Bəlkə nəsə alındı. Ümid edirik ki alınar. İndi onun məqsədi EuroVision qalibi olmaq deyil (bu mümkün deyil), onun ən vacib vəzifəsi ermənilərdən daha yaxşı çıxış edib, daha yüksək yer tutmaqdır. Yoxsa gərək Azərbaycana qayıtmasın.
(Elnur Hüseynovun videosu)

P.S.
Deyirəm Aygun Bəylər ilə Samirənin yan-yana qoyardılar, göndərərdilər bu EuroVisiona – sökərdilər oraları, qazıyardılar səhnəni səsləri ilə, zalın divarlarını yıxardılar ifaları ilə, Avropanı mat qoyardılar.