Bakı İcra Hakimiyyəti (Baksovet) binasının üstündə olan dövlət bayrağımız.

Azərbaycan internet məkanında çox saylı musiqi yükləmə saytları olmasına baxmayaraq, keyfiyyətli mp3 tapmaq mümkün deyil. Ayrıca heç bir yerdə müğennilərimizin tam albomlarını tapmaq olmur. Bu nöqsanı düzəltmək üçün, bundan sonra keyfiyyətli mp3 albomları yükləmək imkanını vermək qərara gəldik.
Nəzərinizə çatdırmaq istəyirik ki, bütün mp3 fayllar 128 kbps44 kHz keyfiyyətindədir və heç bir səs əlavəsi yoxdur. Albomlardaki mahnılar original sıralamasına görə təqdim olunacaq. Fayllar ID3v2 spesifikasiyasına uyğun tag-lər və FhG kodek sistemi ilə tərtib olunublar.

İlk albomumuz son vaxtlar çox populyarlaşan Natavan Həbibinin “Ulduzlar” albomudur. Xəbərin davamında bu alboma daxil olan 16 mahnını yükləyə bilərsiniz.

Davamı…

24March

Avara

şairə Sevinc PərvanəMüasir Azərbaycan çox qəribə ölkədir. Hara baxsan bir qeyri-adilik görürsən. Mədəniyyətın inkişafını göstərən ən vacib amillərdən biri olan ədəbiyyat son illərdə çox cılız və səviyyəsiz vəziyyətdədir. Nə diqqətə layiq yazıcılar, nə dəyərli əsərlər – heçnə yoxdur.
Amma bir gənc şairə var ki, bütün Azərbaycan poeziyasını al-üst edib. Adı Sevinc Pərvanə. Oxucuları şoka salan əsərləri ilə diqqəti cəlb edən bu xanım 25 yaşındadır, Bakı İncəsənət Akademiaysının Kinoşunasılıq fakultəsini bitirib və deyilənə görə Azərbaycan Yazıcılar İtifaqına üzv qəbul edilib. Bir necə şerini dərc edirik. Şerlər həqiqətən çox təsirli, səmimi və şok edicidir. Bütün oxucular bu şerlərə mənfi reaksiya verir, onları yersiz, ədəbsiz, əxlaqsız hesab edirlər. Ancaq gərək qəbul edək ki, bu şerlər həyatın həqiqətidir, bir şəxsin utanmadan hər kəsin gözünün önünə sərdiyi ən intim fikirləridir.
Oxuyun və qərarınızı verməyə tələsməyin, dərk edin şairənin ürəyinin acısını…

Davamı…

Çox populyarlaşan “Mırt fotolar” silsilesinin #1#2 kolleksiyalarından sonra, indi də 3-cü seriyanı təqdim edirik. Bu şəkilləri də oxucularımız göndəriblər. Sizdə də məzəli və maraqlı şəkillər varsa, www@azerbaycan.li ünvanına göndərin.
Davamı…

Bu sayt Azərbaycan və azərbaycanlılar haqqındadır. Amma bu yazı bir istisna olacaq. Çünki bugün Randy Pausch adlı bir amerikalı profesorun özü haqqında danışdığı bir videoya baxmağı sizə təklif edirik. Bu adamın bir necə ay ömrü qalıb və həyat haqqında çox vacib fikirləri insanlara çatdırmaq istəyir. Video biraz uzundur, gec yüklənir, ancaq baxmağınız məsləhətdir. Həqiqətən çox mənalı və vacib şeyləri dərk etməyinizə kömək edəcək. Video ingilis dilindədir və rus dilində subtitrlar var.