26İyun
Hərbi təyyarələrimiz
Bugünkü hərbi paratda çəkilən çox gözəl kadrlar. Pilotlarımızın super nümayişi Bayatı-Şiraz ilə müşayiət olunur.
S Ö Y Ü Ş A L N I M I Z A Y A Z I L I B !!!
26İyun
Bugünkü hərbi paratda çəkilən çox gözəl kadrlar. Pilotlarımızın super nümayişi Bayatı-Şiraz ilə müşayiət olunur.
23İyun
Söz vermişdik ki, Azərbaycan mügənnilərinin albomlarını MP3 formatına çevirib, yükləmək üçün mütəmadi olaraq burda dərc edəcəyik. İlk yerləşdirdiyimiz Natavan Həbibinin “Ulduzlar” albomu çox sevildi və 2640 dəfə yükləndi.
Bugün isə, son vaxtlar populyarlığı yavaş-yavaş azalmağa başlayan Röya Ayxanın (Röyalə Nəcəfovanın) “Söylə” albomunu təqdim edirik.
Yadınıza salmaq istəyirik ki, albomlardaki mahnılar original sıralamasına görə təqdim olunub, bütün MP3 fayllar 192-256-320 kbps və 44 kHz keyfiyyətindədirlər. Ayrıca, bir də vurğulayırıq – mahnılarda heç bir səs əlavəsi yoxdur.
13İyun
Bu bizim doğma Azərbaycanda nə gədər çox qəribə insan var. Biri saytla eşq elan edir, biri prezidentdən ər istəyir, biri səhnənin altında yatır, biri dəhşətli şer yazır və sair, və sair, və sair.
Saytını təqdim etdiyimiz Səbirabadlı Sevinc xanım da bu qəribə insanlar silsiləsindəndir. Bəziləri diyə bilər ki, bu cür insan müasir həyatımızın aynasıdır, bugünkü əxlaq və düşüncə tərzimizin təcəssümüdür. Başqaları isə buna bir parodiya, bir yalan, bir məzhəkə kimi qəbul edə bilərlər.
Biz bilmirik, siz özünüz qərar verin. Bir onu bilirik ki, zaman keçtikçə bu növ insanlar gələcək güzəranımızda adi hal alacaqlar.
10İyun
5İyun
AR-nın Cinayət Məcəlləsinin 27-ci fəsilisinin (İctimai mənəviyyat əleyhinə cinayətlər) 242-ci maddəsi nə (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) görə:
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət -
şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
İndi diyəcəksiniz ki, mən bunu burda niyə yazdım? Ona görə ki, son 15 ildə pornoqrafiyanın yayılması artıb, amma bu maddə ilə Azərbaycanda heçkim məhkum olunmayıb. Ancaq bu maddəni işə salmaq vaxtı çoxdan gəlib.
Xüsusiylə də İnternetdə porno mövzusu çox yayılıb. Son vaxtlar azəri saytlar arasında çox sayıda əxlaqsız məzmunlu saytlar populyarlaşıb. Fikir vermişsinizsə, əksər wap saytlarda “+18” və ya “erotika” kateqoriyaları adi hal alıb. Əslində beynəlxalq domain zonalarında açılan, xaricdə hostinqlənən saytlara hüquqi tədbir görmək mümkün deyil. Amma .AZ domeyn zonasında olan belə saytlar, Azərbaycan Respublikası qanunlarına tabə olduqları üçün, belə saytların sahiblərinə qarşı tədbir almaq mümkündür. Hətda mümkün olmasından savayı, qanun bunun edilməsini tələb edir. Bizim tanış hüquqşunaslar deyirlər ki, sayt xaricdə qeydiyyatdan keçsədə, xostinq da orda olsa, amma sayt sahibinin Azərbaycanda olduğu sübuta yetirilərsə, o halda da CM-nin 242-ci maddəsi ilə cinayət işi açılması mümkündür.
İndi də gəlin porno yayan azəri saytlarını və xüsusiylə də onların sahiblərini tanıyağ. Onlar o gədər şursuz və səfehdilər ki, pornografik məzmunlu saytları olduğlarını qizlədmirlər. Bizim də borcumuzdur ki, bu əxlaqsız insanları sizlərə tanıdaq.