Şahin Növrəsli

ABŞ-da yaşayan cazmen, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Dahi Azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsi olan bəstəkar Azərbaycanda boya-başa çatıb. Beş yaşında Bülbül adına musiqi məktəbində, daha sonra isə Bakı Musiqi Akademiyasında klassik musiqi dərsləri alıb. Hələ on bir yaşında olarkən Azərbaycan Dövlət Filarmoniyasında yerli simfonik orkestr ilə çıxış edib. 18 yaşında çıxış etdiyi konsert proqramında münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülüb.
Pianoçu və bəstəkar Şahin Növrəsli dünyanın ən böyük səhnələrində, Londonun Kral Festival Zalı, Montreux Caz Festivalı, Qara Dəniz Caz Festivalı, Praqanın Mezinarodni Piano Festivalında və ABŞ-ın saysız-hesabsız festivallarında çıxış edib. Şahinin nadir istedadı Azərbaycanın qeyri-adi və zəngin musiqi irsindən qaynaqlanıb. Klassik bilikləri ilə Azərbaycanın ənənəvi folkloru olan “Muğam” ı və cazı birləşdirərək unikal musiqi kainatı yaratdı ki, bu da Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirir.
Ari Hoeniq və Neytn Pek ilə triosu və solo layihəsi ilə Şahin bu gün Azərbaycan cazının simasıdır və dünya tənqidçiləri və auditoriyası tərəfindən maraqla izlənilir. Uday Mazumdar, Keni Viler, Alison Miler, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa məşhur musiqiçilərlə çıxış etmiş və albomlar yazdırmışdır. Bu albomlardan ən məşhuru 2017-ci ildə işıq üzü görən “Emanation” adlı ikinci albomu idi ki, bu da ona xüsusi şöhrət qazandırıb.
Şahin Növrəsli Türkiyə, Fransa, Rusiya, Azərbaycan və konsertlərlə çıxış etdiyi ölkələrin universitetlərində və məktəblərində ustad dərsləri verir.
Britaniyanın Guardian qəzetinin resenzenti John Fordham onun haqqında demişdir: “Onun toxunuşu incədir və sürəti isə adamı heyrətləndirir və əgər bir saatdan sonra səsinin axıcılığı səni dibə çəkirsə demək ki, burada hələ cazla çox da tanış olmayan bir mədəniyyətin yeni ideyalarından daha çox nəsə var”
2011-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
Prezident Mükafatında layiq görülmüş pianoçuya həm də “bu günün Vaqif Mustafazadəsi” deyirlər. Həmçinin, o, “Dünya caz səhnəsinin yeni ulduzu” kimi də tanınır.