Camal Əliyev

Violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev
Camal Əliyev 1993-cü ildə Bakıda musiqiçi ailəsində anadan olub. Məşhur skripkaçı Azad Əliyevin qardaşı nəvəsidir. Körpə yaşlarında atasının işləri ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərinə köçüblər. 5 yaşından skripka dərslərinə başlayıb. 2005-ci ildə Parisdə Böyük violonçelist Rostropoviçdən dərs alıb. Daha sonra Rostropoviçin tövsiyəsi ilə Londonda Yehudi Menuhin məktəbi adı ilə məşhur olan musiqi məktəbində təqaüdlə təhsil alıb. Məktəbi bitirdikdən sonra London Kral Musiqi Kollecinə qəbul olub.
O, Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Sinqapur, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. 2012-ci ildə Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. 2014-2015-ci illərdə ardıcıl iki dəfə Kral Musiqi Kollecinin violonçel müsabiqəsinin qalibi olub. O cümlədən, “Croydon” konsert müsabiqəsinin qalibi olub. 2017-ci ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. C.Kolman, həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.