Fariz Hüseynov

ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim
Fariz Hüseynov 1981-ci ildə Bakıda anadan olmuşdur. 1997-ci ildə 95 nömrəli orta məktəbi bitirmişdir. 1998-2000-ci illərdə Mərmərə Universitetinin bank işi fakültəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin “Biznesin idarə edilməsi” fakültəsində bakalavr pilləsində təhsil almışdır. Sonra bir il İstanbul Universitetinin maliyyə fakültəsində magistr pilləsi üzrə təhsil almış, daha sonra təhsilini ABŞ-ın İndiana ştatındakı Ball Dövlət Universitetində davam etdirmişdir. 2005-ci ildə burada biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsinə (MBA) yiyələnmişdir.
2005-2009-cu illərdə Tennesi ştatında Memfis Universitetinin doktoranturasında elmi işlə məşğul olaraq, maliyyə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsini (PhD) almışdır.
Fariz Hüseynov 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakültəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən dosent vəzifəsinədək yüksələ bilmişdir.