Firudin Azəri

1991-ci ildə Bakıda anadan olmuşdur. 2003-cü ildə 7-ci sinfi bitirdikdən sonra Kanadaya köçmüşdür. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurmuşdur.
2009-cu ildə ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakültəsinə qəbul olunmuşdur. Orada tam təqaüdlə oxumuş və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2017-ci ildə Virciniya Universitetində tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Burada təhsil aldığı müddətdə apardığı tədqiqatlara, qazandığı ballara görə Universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyyə üzrə isə birinci olmuşdur. 2017-ci ildən etibarən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyyə fakültəsində ilk azərbaycanlı kimi rezidentura keçir. Qeyd edək ki, F.Azəri bu fakültədə elmi araşdırmalar və cərrahi əməliyyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olmuşdur. Ümumilikdə, ağ ciyər və mədə xərçəngi sahəsində 500-dən çox cərrahi əməliyyat aparmışdır.
Qısa müddətdə bir neçə mükafata layiq görülmüşdür. Bunlardan “Cərrahiyyə üzrə R.Skott Cons mükafatı” və “Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat”ları nümunə göstərmək olar.
Firudin Azəri azərbaycanlı cərrah Rauf Şahbazova birlikdə “Azərbaycan Amerika Tibb Asossiasiyası”nı təsis etmişdir. Təşkilat bir sıra layihələr həyata keçirmişdir. O cümlədən, Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə kömək etmişdir.
Qeyd edək ki, Firudin Azəri ictimai dövlət xadimi, publisist və jurnalist, mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir.