Kamran Mahmudov

Mahmudov Kamran Talıb oğlu 01.01.1980-ci ildə Tovuz rayonunun Nəmxoş kəndində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Kimya fakultəsinin 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Ali məktəb tələbələri arasında keçirilən Respublika Olimpiadasında 1998-ci ildə 3-cü, 1999 və 2000-ci ildə 2-ci və 2001-ci ildə 1-ci yerin qalibi olub. 2003-cü ildə BDU-nun Analitik kimya ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olub. 2006-cı ildə «b-Diketonların aztörəmələrinin mis(II) ilə əmələ gətirdiyi komplekslərin tədqiqi və analitik tətbiqi» mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2007-ci ildə Bakı Dövlət Universitetinin Kimya üzrə doktorantura pilləsinə qəbul olub. 32 yaşında isə elmlər doktoru adına sahiblənib. 2017-ci ildə isə Portuqaliyanın Lissabon Universitetində Kimya üzrə doktorantura təhsilinə başlayıb.
İş fəaliyyəti dövründə Bakı Dövlət Universitetində araşdırmaçı, tədiqatçı, professor köməkçisi kimi çalışıb. Hal-hazırda isə Lissabon Universitetində elmi fəaliyyətini davam etdirir. İndiyə qədər 85 elmi məqalə (60-ı qərbin nüfuzlu jurnallarında), lokal və beynəlxalq konfranslarda 70 tezisi nəşr olunub. Bu işlərin əksəriyyətində Dr. Kamran T. Mahmudov cavabdeh müəllifdir. Onun işlərinə 479 dəfə istinad edilib.
Kamran Mahmudov 2009-cu ildən Portuqaliyada yaşayır.