Rauf Xəlilov

Rauf Xəlilov Azərbaycanın Masallı rayonunun Badalan kəndində alim, professor İdris Xəlilov və müəllim və loqoped Nuridə Xəlilovanın ailəsində dünyaya gəlib. Erkən yaşlarında bağça və ibtidai məktəb təhsilini Rusiyanın paytaxtı Moskvada alıb . 1992-1996-cı illərdə ailəsi İrana köçdüyündən Rauf Xəlilov İranda mədrəsə təhsili alır və fars dilini öyrənir.
1987-1998-ci illər ərzində R. Xəlilov Azərbaycan, Rusiya və İranın müxtəlif regionlarında orta məktəb təhsili alır. 2003-cü ildə Londona təhsil almağa yollanır. 2003-2006-cı illərdə London Metropolitan Universitetinə daxil olur. Daha sonra London Universiteti Kollecində magistr dərəcəsi alır (2006-2007-ci illlər). 2007-2008-ci illərdə BPP Hüquq məktəbində peşə kursları keçir. 2008-ci ildə nüfuzlu “Harmsworth” Təqaüdünü qazanır.
R. Xəlilov 2008-ci ildə “İngiltərə və Uels Vəkilliyi”nə çağırılır. 2011-ci ildə burada ixtisas dərəcəsini alaraq İlgiltərə və Uelsin müvəkkil-vəkili olur. 2011-ci ilin sentyabr ayından “Arlington Crown Solicitors”-da Mülki İddialar İdarəsinə başçılıq edib. .Hal-hazırda Mergul Hüquq firmasının filial müdiridir. Firmanın London, Bakı və Kiyev şəhərlərində ofisləri mövcuddur. Bir neçə xarici dil biliklərinə yiyələnib Ailəlidir, iki övladı var.
O, London Metropolitan Universitetinin Tələbə Hüquq Cəmiyyətinin sədri olub (2005-2006-cı illər). O cümlədən, Odlar Yurdu Universitetinin fəxri doktoru (2018-ci il) , Anqlo-Azərbaycan Cəmiyyətinin qeyri-icraçı direktorudur (2018-ci il).