Samir Babayev

1984-cü ildə Gəncə şəhərində anadan olub. Tam orta təhsilini Bakıda, 258 saylı məktəbdə alıb.
2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2008-ci illərdə isə İstanbul Universitetinin “İstanbul Tibb Fakültəsi”ndə təhsil alaraq, həkim ixtisasına yiyələnib. Elə həmin il ABŞ-a gəlib. Bir il Nyu-York Kolumbiya Universitetində elmi araşdırmalarla məşğul olub. 2009-2013-cü illərdə Nyu-York Tibb Kollecində rezidentura keçib.
2013-2016-cı illərdə Texas Universitetinin Dallas şəhərindəki tibb mərkəzində sonsuzluq üzrə ginekoloq-cərrah kimi ixtisaslaşıb. O vaxtdan həmin mərkəzdə dosent vəzifəsinə təyin olunun və bu günədək qadınlarda sonsuzluq üzrə cərrahi əməliyyatlar, həmçinin EKO prosedurlarını həyata keçirir.
Bütün bunlarla yanaşı o, həm də ABŞ-da işıq üzü görən, tibb sahəsində ən məşhur jurnal sayılan “Human Reproduction” jurnalında redaktor köməkçisidir. Qeyd edək ki, onun bir ekspert kimi razılığı olmadan hər hansı bir elmi məqalə həmin jurnalda çap olunmur.