Rəna Əfəndi

Dünyaca məşhur azərbaycanlı fotoqraf , adı dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edilmiş Rəna Əfəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək bir müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2009-vcu ildə Getty Images” Redaksiya qrantını, Əlli Qartal Beynəlxalq Fondunun mükafatını, Maqnum Fondunun Qafqaz Fotoqrafı Mükafatını və Mariyo Qiakomelli Xatirəsi Fondunun mükafatını qazanıb.
Son 10 il ərzində Əffəndi, post- Sovet regionunda, həmçinin, 2008-ci il Rusiya-Gürcüstan konflikti, Qırğızıstandakı heroin və insan alverinin qadın qurbanları, Tehran gənclərinin gizli həyatı da daxil olmaqla Türkiyə və İran regionunda baş verənləri əhatə edib. 2011-ci ildə o, Mədəni İnkişafa görə Prins Klaus Fondu Mükafatını alıb və Qahirəyə köçüb. 2012-ci ildə Çernobl fəlakətindən sağ çıxanların həyatını sənədləşdirən filmlərinə görə Priks Piktet Qlobal mükafatının finalçıları siyahısına düşdü. Əffəndinin “World Press Photo” ilə əməkdaşlığı 2005-ci ilə, “Joop Swart Masterclass”da iştirakına gedib çıxır. 2012-ci ildə o, təşkilatın “Reporting Change” layihəsinə əvvəl seçici, sonra isə əməkdaş kimi qoşulub. 2014-cü ildə “World Press “Foto Müsabiqəsinin “Müşahidə Olunan Portret Hekayələri” və “Müşahidə Olunan Portret Vahidləri” kateqoriyasında ikinci və üçüncü yerləri qazanıb.
Onun fotoları “Le Monde”, “Le Figaro”, “Liberation, Courrier International”, “Newsweek”, “Days Japan”, “Reponse Photo”, “Oqonyok”, “Ekspert” və “Bolşoy qorod” jurnallarında dərc edilib. Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ və digər ölkələrdə fərdi sərgiləri keçirilib.
2007-ci ildə Amerikanın “Photo District News” jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Photographer.ru qalereyasının müəllifi , Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.