Turan Manafzadə

Türkiyədə yaşayan Azərbaycanlı dirijor, bəstəkar və pianoçu
1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Memar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub.
2004-ci ildə İstanbulda keçirilən “Galleria” piano müsabiqəsi”-ndə “Mansion” mükafatı, 2008-ci ildə Edirnə Rotari klubunun təşkil etdiyi “Beynəlxalq Piano Müsabiqəsi”-ndə 2-ci yeri qazanmış və qatıldığı digər piano yarışlarında müxtəlif dərəcələr və mükafatlar əldə etmişdir. O, Azərbaycanın və Türkiyənin bir çox şəhərlərində Almaniyanın Braunşveyq və Volfenbuttel şəhərlərində konsertlər vermişdir.
2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqisi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan İncəsənət Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalısmışdır.
2013-cü ilin may ayında İstanbulda təşkil edilən “Beynəlxalq Pera” piano müsabiqəsində “Piano Duo” kateqoriyasında 1-ci yeri qazanmışlar. 2013-cü ilin iyun ayında Almaniyanın Baden-Baden şəhərində təşkil edilən Baden-Vurtemberq Piano Müsabiqəsində (alm. Baden-Würtemberg Piano Competition‎) “Solo Piano” kateqoriyasında 3-cü yeri və böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə “Piano Duo” kateqoriyasında 1-ci yer qazanmışlar. Həmin ilin avqust ayında Rumıniyanın Buxarest şəhərində keçirilən “Johann Strauss Festivalı”nda iştirak etmişdir. 2015-ci ilin fevral ayında qardaşı Abuzər Manafzadə və atası İslam Manafovla birlikdə Avropa Azərbaycan Cəmiyyətinin (ing. The European Azerbaijan Society) İstanbulda təşkil etdiyi “Xocalı Soyqırımını Anma Mərasimi”ndə öz əsərlərindən ibarət anım konserti təşkil etmişdir.
2017-ci ilin iyul ayında “Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı” çərçivəsində qonaq olaraq İpək Yolu Orkestrinin rəhbəri kimi Şimali Kipr Türk Respublikasında konsertlər vermişdir. 2017-ci ilin avqust ayında isə İzmirdə qatılmış olduğu Rengim Gökmenin rəhbərliyi altında keçirilən dərslərdə 35 nəfərin içərisindən Karşıyaka Otaq orkestrini idarə etmək üçün seçilən 6 şəxsdən biri olaraq konsert vermişdir.
2018-ci ilin may ayında İstanbul Dövlət Opera və Balet qurumunda bəstəkar Handelin “Apollo ve Dafne” əsərinin dirijorluğunu edib.
2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır.