Vüsalə Əzizova

Vüsalə Əzizova – Bentli Xaçmaz rayonunda dünyaya göz açıb. 1995-ci ildə Xaçmazda 1 nömrəli məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Kollecinin Quba filialına qəbul olunub. Piano müəllimi kimi ixtisaslaşıb. 1999-2001-ci illərdə Odlar Yurdu Universitetinin tərcümə fakültəsində təhsil alıb. 2001-ci ildə Amerikanın Azərbaycandakı səfirliyinin proqramının xətti ilə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərinə gedib. Dreksel Universitetində bir ay hazırlıq kursu keçəndən sonra Minnesota Universitetinin Moorhead filialında amerikaşünaslıq fakültəsinə qəbul olunub. 2004-cü ildə oranı bakalavr dərəcəsi ilə bitirib. Daha sonra iki il müddətində Azərbaycanda yaşayıb.
2006-cı ildə yenidən ABŞ-a qayıdıb. Viskansn Dövlət Universitetində orta hüquq işçisi ixtisası üzrə təhsil alıb. 2012-ci illərdə Viskansndakı “Ailə və işçilərin hüquqları” idarəsində vəkil köməkçisi kimi işləyib. 2012-2015-ci illərdə həmin ştatın sığorta şirkətlərindən birində çalışıb.
Vüsalə Əzizova 2012-ci ildə Amerika Federal Təhqiqat Bürosunda işə başlayıb. Beş min namizədin arasından seçilərək, iki yüz adamdan biri olub. “Navy Sean Stew Smith” proqramı (hərbçilər, polislər, yanğınsöndürənlər üçün təlim proqramları) üzrə təlim keçib. Daha sonra fərqli sahələrə üz tutaraq 2016-2017-ci illərdə ABŞ-ın Milli İdman Akademiyasında oxuyub. O, buranı üç ixtisas üzrə bitirib – düzgün qidalanma, yoqa və idman. Bu ixtisasların hər hansı birindən təlim keçmək üçün ona xüsusi lesenziyalar da verilib. 2017-ci ildə “Bentley Mediation and Drafting” (Bentli Mediasiya və tərtibat) şirkətini təsis edərək, fərdi şəkildə hüquq məsləhətçisi kimi fəaliyyət göstərir. Eyni zamanda “VUSA Fitness” şirkətini yaradıb və fitneslə bağlı həkimlərə xüsusi proqram üzrə təlimlər keçir. O cümlədən, xeyriyyə fəaliyyəti ilə məşğuldur.
Vüsalə Əzizova 2015-ci ildən Minnesota ştatının Manketo şəhərində yaşayır.