Adil Bağırov

Adil Bağırov 1978-ci il aprelin Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetinin beynəlxalq münasibətlər və biznesin təşkili ixtisası üzrə təhsil alıb. 2002-ci il noyabr ayında “Beynəlxalq munasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya mudafiə edərək siyasi elmlər doktoru alimlik dərəcəsi alıb.
A. Bağırov 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xususi müşaviri və ABŞ-ın Nümayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətci olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da qeyri-hökümət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2008-ci ildən isə ABŞ Turkiyə Şəbəkəsi(USTN) qeyri-hökümət təşkilatının baş direktoru və həmtəsisçisidir.Hal-hazırda Ohayo ştatının Deyton şəhərinin Təhsil Şurasının direktorudur. 14 min şagirdin təhsil aldığı 30 məktəb və bu təhsil ocaqları üçün ayrılmış 500 milyondan artıq büdcənin icrasına nəzarət edir. O, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən beşinci amerikalı-türk və ilk Amerika azərbaycanlısıdır.
Hazırda ABŞ-ın Vaşinqton şəhərində yaşayır. 50-dən artıq elmi məqalənin muəllifidir. 15-dən cox elmi konfransda cıxış edərək dünya ictimaiyyətinin diqqətini müasir dövrün aktual problemlərinə, o cümlədən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə calışıb. Azərbaycan diasporunun ən nüfuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.