Samir Sadıxov

Azərbaycanın ilk peşəkar maşın dizayneri

Samir Sadıxov 1990-ci il iyulun 20-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Gəncədə Azərbaycan-Türk liseyində alıb. Daha sonra İtaliyanin Turin şəhərindəki “Istituto Europeo di Design”-da (Avropa Dizayn İnstitutu) Nəqliyyat dizaynı fakültəsində bakalavr, Almaniyanın “Pforzheim” Universitetində Nəqliyyat dizaynı fakültəsində magistr pilləsi üzrə təhsil alıb.
S.Sadıxov 2011-ci ildə “Ferrari World Design Contest”-də (Ferrari Dünya Dizayn Müsabiqəsi) “Xəzri” adı ilə dizayn etdiyi avtomobillə ikinci yeri qazanıb. Bu yarışdan sonra o, İtaliyanın “Lamborghini” markası ilə əməkdaşlıq edib, “Aston Martin” üçün innovativ konsepsiyalar, o cümlədən “DBC” avtomobil konsepsiyasını hazırlayıb.
2014-cü ildə “DACAR” adlı təkər dizaynı ilə Hankook şirkəti tərəfindən keçirilən Təkər Dizaynı müsabiqəsinin qalibi olub.
Samir Sadıxov 2018-ci ildə “Automobile Magazine” jurnalının təsis etdiyi avtomobil dizaynı sənayesində ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülən komandada yer almışdır. Hal-hazırda Cənubi Koreyanın dünyaşöhrətli “Hyundai” markasının lüks avtomobillər istehsal edən brendi “Genesis Motors”da çalışır.