İnarə Quliyeva

İnarə Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub.1972-ci ildə Rus Teatral İncəsənət Akademiyasını (GİTİS) bitirib.
İnarə Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə “müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. Çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.
O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan “Dövlət sərhəddi”, “Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
Azərbaycanın bir neçə bədii filmlərindən rol alan aktrisanı tamaşaçılar daha çox “Qaynana”da Afət rolunda, və “Alma almaya bənzər” filmində müəllimə rolundan yadda saxlayıblar. “Gün hələ qabaqdadır” Nataşa , “Dədə Qorqud” filmində Selcan, “Qraf Lüksemburq” filmində Nini, “Qızlar qalmaqalı” filmində Lukerya, “Şir evdən getdi” filmində Kenquru, “Kəndimin insanları” filmində Xaltac və digər obrazları ilə də tamaşaçı rəğbəti qazanıb.
İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb.Sonuncu quruluş verdiyi operatta Ştrausun “Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.
Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Hazırda ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur və hal-hazırda Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir.
1994-cü ildən Rusiya Federasiyasının əməkdar artistidir.