Leyla Bağırzadə

Leyla Bağırzadə Bakı şəhərində anadan olub. Orta təhsilini 1992-ci ildə 102 nömrəli məktəbdə başa vurub. 1992- ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1998-ci ildə bakalavr təhsilini başa vurub. 1998-1999-cu illərdə Bakıdakı xəstəxanalardan birində internatura keçərək anestiezoloq-reanimatoloq ixtisasına yiyələnib. 2000-ci ilədək terapevt-həkim işləyib. 2000-2002-ci illərdə Boston Universitetində tam təqaüdlə ictimai sağlamlıq üzrə magistr dərəcəsinə yiyələnib.
Leyla Bağırzadə 2002-ci ildən Kanadada yaşayır. O, 2005-ci ilədək Edmonton şəhərindəki Alberta Universitetində doktorant kimi elmi tədqiqatlar aparıb. 2005-2010-cu illərdə Kalqari Universitetinin anestezologiya şöbəsində rezident olub. Sonra Kanadanın Kral Kollecinin həkim və cərrahlar üçün imtahanlarından uğurla keçərək orada həkim kimi işləmək izni alıb. Leyla Bağırzadə 2011-2012-ci illərdə Toronto Universitetinin Sinay Hospitalında tam təqüdlə təkmilləşdirmə kursu keçib və mama-anestezoloq ixtisasına yiyələnib. 2013-cü ildən Kalqari Universitetinin Tibb Mərkəzində öz ixtisası üzrə həkim işləyir. Leyla Bağırzadə əhalisinin 170 minə yaxını azərbaycanlı olan Kanadada yeganə xanım həkim-anestezoloqdur.
Həyat yoldaşı Murad İbrahimov isə ixtisasca mühəndisdir. Məşhur “Siemens” şirkətində tibbi avadanlıqlar üzrə mütəxəsis vəzifəsində çalışır. Eldar adında 11 yaşlı bir oğlu var.