Nigar Nərimanbəyova

Nigar Nərimanbəyova — Azərbaycan rejissoru, animator

Nigar Nərimanbəyova Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr vermiş Nərimanbəyovlar nəslinin nümayəndəsidir.
Əzim Əzimzadə adına Rəssamlıq məktəbini əla qiymətlərlə başa vurandan sonra Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun multiplikasiya kinosu fakültəsinin quruluşçu rəssamlıq şöbəsində böyük multiplikasiya ustası Lev Milçinin sinfinə qəbul olub. Rəngkarlıq, rəsm və kompozisiya üzrə yaxşı pedaqoqları olan N. Nərimanbəyova öz əsərlərində adətən yuxularını və xəyallarını əsk etdirir. Diplom işi dahi Nizami Gəncəvinin “Leyi və Məcnun” əsəri olub. Bu vaxta kimi 25 əsər yaradıb.
“Yuxu və yuxuyozmalar” mövzusu Nigar Nərimanbəyovanın yaradıcılığında əsas xəttdir. Hətta 1996-cı ildə “Yuxu və yuxuyozmalar” silsiləsindən sərgi Azərbaycanda böyük maraq doğurub. Daha sonra o öz obraz sərhədini genişləndirib “Uşaqlıq yuxuları”na kimi böyüyüb. Həmin vaxt sərgiyə ümummilli lider Heydər Əliyev də gəlib və bu silsilədən olan rəsmlərimə böyük maraq göstərib.
Nigar xanım üçün rəsimlərində nar elementi də böyük məna danşıyır. “Mənim üçün nar doğma Azərbaycanımızın simvoludur. Bu, sevgi, qan kimi parlaq və istidir. Bərəkət və nağıl simvoludur. Bu, böyük Azərbaycan xalqının gücü və ruhu deməkdir.” deyə o öz müsahibəsində vurğulayıb.
Dünyaca məşhur rəssamların ilham mənbəyi olan Paris şəhəri Nigar Nərimanbəyovanın da yaradıcılığınıza böyük təsir göstərib. Bir neçə ildir ki Paris şəhərində yaşayan və yaradan Nigar xanım bu gözəl şəhərin qədim tarixindən, azad ruhundan, onun poeziya ilə dolu küçələrindən, musiqisindən ilhamlanır.
Nigar Nərimanbəyova doğma Azərbaycanı Avropada nəhəng incəsənət layihələrində təmsil edir. Fransanın bir çox şəhərində sərgiləri keçirilib və fransızlar tərəfindən böyük maraqla və sevgiylə qarşılanır. Onun “Adajio” əsəri uzun müddət parislilərin və turistlərin ən sevimli gəzinti yeri olan Parisin mərkəzindəki “Marre” rəssamlar məhəlləsində yerləşən qalereyanın mərkəzi vitrinini bəzəyib. Sonra əsər Monakoda Şahzadə II Albertin rəhbərliyi ilə keçirilən “Dünya Rəssamları” adlı sərgidə uğurla sərgilənib.
Fransadakı Azərbaycan diasporu ilə sıx əlaqələri olan Nigar Nərimanbəyova həmvətənlərimizlə də tez-tez görüşür.