Ayxan Cabbarov

İsveç Krallığı

Futbolçu

Ayxan Cabbarov 2003-cü ildə Bakıda anadan olmuş, 6 yaşından peşəkar futbola başlamışdır. Birinci məşqlərini Türk futbol kulubunun “Qalatasaray” komandası ilə bir yerdə məşqlərə oyunlara başlamış, ondan sonra isə “Neftçi” və “Bakı” futbol kulubunda oyunları və məşqləri davam etdirmişdir. 7 ildir İsveçdə yaşayan Ayxan orada I Divizionda mübarizə aparan “Savedalens” futbol kulubunun azyaşlılarının heyətində oynamışdır.

Ayxanın atası Rasim Cabbarov İsveçdə hotel sahəsində çalışır. Anası isə İsveçdə şəhər məhkəmələrindən birinin üzvüdür. İki ildir 16-17 yaşlılardan ibarət olan Azərbaycan Milli Futbol Kamandasının üzvüdür və bir neçə beynəlxaq yarışlarda Azərbaycanı təmsil etmişdir. İngiltərənin “Tottenhem” kulubundan dəvət alan Ayxan 4 günlük məşqlərdə özünü göstərməyə çalışacaq.

Hal-hazırda İsveçdə futbol təmayüllü ikinci böyük məktəbdə təhsil alır.

A.Cabbarov İsveç Krallığının Partille şəhərində yaşayır. Futbol karyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir.