Rəna Nəzərova

Ukrayna

Kiyev şəhər şurasının deputatı

Rəna Nəzərova 24 may 1983-cü ildə Kievdə anadan olmuşdur.

O “Kiyevski forum” televiziya layihəsinin müəllifi və aparıcısıdır. 2006-cı ildə T.Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunu bitirmişdir. 2002-ci ildən televiziyadadır. Səkkiz il ərzində Kiyev dövlət televiziyasında bir neçə proqramın müəllifi və aparıcısı olmuşdur. Rəna Nəzərova Ukrayna Milli Jurnalistlər İttifaqının üzvüdür. Ukrayna paytaxtının ictimai həyatında mühüm rol oynayır. 
Həyat yoldaşı Yuri Zbitnev keçmiş tanınmış siyasətçi və biznesmendir. O, indi Vətəndaş Konstitusiya Konqresinin icraiyyə komitəsinin və “Yeni güc” Partiyasının rəhbəridir.

Rəna Nəzərova Kiyev Dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın 2009-cu ildə  “Perhogo goladskogo” qəzetinin baş redaktoru, 2012-2013-cü illərdə isə “Kievski forum” proqramının baş redaktoru vəzifəsində çalışmışdır.

25 may 2014-cü ildə Kiyev şəhər şurasına keçirilən seçkilərdə deputat seçilmişdir. Qeyd edək ki, Rəna Nəzərovanın deputatlığa namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) blokundan irəli sürülmüşdü.