Turan Əziz oğlu Əliyev

İsveç Krallığı 

Siyasətçi

Turan Əziz oğlu Əliyev 1983-cü ilin 22 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi şəhid Vilayət Mahmudov adına 9 nömrəli məktəbdə oxumuş, 20002004-cü illərdə Naxçıvan Dövlət universitetinin Yol Hərəkətinin təşkili fakültəsini bitirmişdir. 2005-ci ildən İsveç Krallığında yaşayır. 2012-ci ildə ailə həyatı qurub. 2 övladı var. Həyat yoldaşı azərbaycanlıdır və bələdiyyədə həftədə bir dəfə Azərbaycan dili dərsini tədris edir.

2007-ci ildən yaşadığı ölkədə diaspor fəaliyyət ilə məşğul olur. Aktiv siyasətə 2017 ci ildə Liberal yönümlü Mərkə partiyasında başlamışdır. 2018-ci ildə İsveç Krallığında keçiriləcək parlament, region və bələdiyyə seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş və seçki komitəsi tərəfindən namizədliyi qeydə alınmışdır. 2018-ci il 9 sentyabr tarixində namizədliyi irəli sürülmüş 19 seçki məntəqəsindən ibarət 40 minə yaxın sakini olan Partille şəhər bələdiyyəsinə (Partille Kommunfullmäktige) məclis üzvü seçilmişdir. 

Partille bələdiyyə məclisinin 20 noyabr 2018-ci tarixli iclasında məclis tərəfindən mədəniyyət və asudə vaxt komitəsinin əsas üzvü seçilmişdir.

Turan Əliyev həmçi­nin 2018-ci ildən partiyanin yerli təşkilatının idarə heyətinin üzvüdür.