Vüsal Nəzərov

ABŞ

“Schlumberger” Neft Şirkətinin Avropa və Yaxın Şərq ölkələri  üzrə departamentinin rəhbəri

Vüsal Nəzərov 1991-ci ildə Rusiyanın Arxangelsk şəhərində anadan olmuşdur. Bir yaşından iyirmi altı yaşınadək Azərbaycanda yaşamışdır.

Orta təhsilini Naxçıvanski adına hərbi liseydə almışdır. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq mühəndis iqtisadçı ixtisasına yiyələnmişdir. 2012-2013-cü illərdə hərbi xidmətdə olmuşdur. 2013-cü ildə “Schlumberger” şirkətinin  ofisində əmək fəaliyyətinə başlamışdır. Üç il orada satınalma üzrə mütəxəsis, sonra baş mütəxəsis vəzifələrində çalışmışdır. 2016-cı ildə işinə fasilə verərək, bir il İtaliyanın Piza Universitetində biznesin idarə olunması üzrə təhsilini davam etdirmiş və magistr dərəcəsi almışdır.

2017-ci ildə Bakıya dönərək, bu dəfə “Schlumberger” şirkətinin neft quyularının qazılması şöbəsində mütəxəsis vəzifəsində çalışmışdır. 2017-ci ilin avqust ayından həmin şirkətin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən baş ofisində çalışır.

Əvvəlcə, Rusiya və Mərkəzi Asiya ölkələri üzrə ixracat şöbəsində mütəxəsis vəzifəsini icra etsə də, hazırda “Schlumberger” Neft Şirkətinin Avropa və Yaxın Şərq ölkələri üzrə departamentin rəhbəri vəzifəsində işləyir.