Mahir Balakişiyev

Gürcüstan

Ürək-damar cərrahı

Balakişiyev Mahir 1985-ci il 16 yanvar tarixində Marneuli rayonunda anadan olmuşdur. 1991-1993-cü illərdə Sabirkənd orta məktəbində təhsil almışdır. 1994-95-ci illərdə Gəncə şəhəri Nekrasov adına 19 saylı orta məktəbdə, 1995-2001-ci illərdə Alget liseyində təhsilini davam etdirmişdir. 2001-2003-cü illərdə Tbilisi Dövlət Tibb Universitetinin tibb kollecində, 2003-2008-ci illərdə Tbilisi Dövlət Tibb Universitetində təhsil almışdır. 2009-2015-ci illərdə İzmirin Ege Universitetində tibb fakültəsi üzrə ürək-damar cərrahiyyəsi üzrə təhsil almış və ürək-damar cərrahı uzmanı adına layiq görülmüşdür. 2015-ci ildə Tbilisi şəhəri Lanset klinikasında ürək-damar cərrahı olaraq çalışmışdır. 2015-2017-ci illərdə Batumi Beynəlxalq Hospitalında ürək-damar cərrahiyyəsi şöbəsində 2-ci cərrah olaraq çalışmış, 2017-ci ildən bu günədək həmin şöbənin müdiri vəzifəsində çalışır.

2010-cu ildə ürək-damar cərrahiyyə məktəbinin Türkiyə cəmiyyətində, 2011-ci ildə Damar cərrahiyyəsi üzrə XV Milli konqresdə, 2012-ci ildə ürək-damar cərrahiyyə məktəbinin Türkiyə cəmiyyətinin XII Milli konqresində, 2013-cü ildə Ürək Çatışmazlığı və Transplantasiyası üzrə İstanbul Akademiyasında, 2015-ci ildə Damar cərrahiyyəsi üzrə XVII Milli konqresdə və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Ege Universitetində Aorta kəsilməsinin müalicəsi üzrə 10 illik təcrübə, Son mərhələdə ürək çatışmazlığı olan xəstələrdə ilk müvəffəqiyyətli ürək transplantasiyası, 15 yaşındakı xəstədə Proteus sindromu, perforasiya damarları və səthi varikoz damarlarının skleroterapiyası və s. mövzularda məqalələri Türkiyə və digər ölkələrin müvafiq elmi jurnallarında dərc edilmişdir.