Samir Hüseynov

ABŞ

Texas A&M Universitetində doktorant

Samir Hüseynov 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakıdakı 1 saylı fizika-riyaziyyat təmayüllü liseydə təhsil almış, Prezident təqaüdçüsü olmuşdur. İqtisad Universitetinin xüsusi istedadlar qrupunda təhsilini bitirdikdən sonra Macarıstanda Mərkəzi Avropa Universitetində magistratura təhsili almışdır. Hal-hazırda xaricdə təhsil üzrə 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində Texas A&M Universitetində doktorantura pilləsi üzrə təhsilini davam etdirir.

Samir Hüseynov ABŞ-ın Milli Elm Fondunun “Qərarvermə, risk və idarəetmə” proqramı üzrə mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Samir Hüseynov son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır. 42,6 min dollar həcmində olan bu mükafat S.Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini Universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək. Burada İnsan davranışları laboratoriyası var. Hazırda həmin laboratoriyanın böyüdülməsi prossesi gedir. Bu, dünyanın ən böyük davranış laborotoriyalarından biri olacaq. Burada müxtəlif seçimlər, qida seçimi, bu zaman istehlakçının seçiminə təsir göstərən amillər, Neyro əsaslar – yəni, beyin dalğaları, göz hərəkəti, emosiyalar və s. üzərində çalışırlar. Eyni zamanda, iqtisadi nəzəriyyənin müəyyən modellərini də məhz bu laboratoriyada test edirlər.