Yusif Vaqif oğlu Abdulov

İraq İslam Respublikası

Kardiocərrah, uzman doktor

Yusif Abdulov 1986-cı ildə İsmayıllı rayonunda anadan olub. 1992-2003-cü illərdə  İsmayıllı kənd orta məktəbində təhsil alıb. 2003-cü ildə Tibb Univiersitetinin Pediatriya fakültəsinə  daxil olub və anestezioloq-reanimatoloq ixtisasına sahiblənib.  2009-2010-cu illərdə  Bakıda Mərkəzi Klinik Xəstəxanada və İsmayıllı rayon Mərkəzi Xəstəxanasında anasteziya şöbəsində rezidentura qazanıb.

2010-cu ildə Universiteti yüksək göstərici ilə bitirdikdən sonra Türkiyə üçün STS, ÜDS və TUS imtahanından uğurla keçib və  Ege Universitetinin Tibb Fakultəsi Xəsətəxanasının Ürək və Damar Cərrahiyəsi şöbəsində ürək və damar cərrahiyəsi üzrə uzmanlıq təhsili almaq haqqını qazanıb.

2012-2017-ci illərdə uzmanlıq keçdiyi dövrdə 200-dən çox açıq ürək əməliyyatlarında (koroner arteriyaların revaskularizasiyası,ürək klapanlarının dəyişdirilməsi və bərpası, aorta cərrahiyəsi, süni ürək implantasiyası, ürək transplantasiyası) baş cərrah , 450-dən çox açıq ürək əməliyyatların da isə ikinci dərəcəli  cərrah olaraq iştirak edib. 400-dən çox periferik damar əməliyyatını baş cərrah kimi, 200-dən çoxunu isə baş assitant kimi  həyata keçirib.2017-ci ildə “Kalp yetmezlikli olgularda sol ventrikül destek cihazı implantasyonunun fonksiyonel kapasite ve  egzersiz performansı üzerine etkisi” adlı diplom işini müdafiə edərək ürək və damar cərrahı uzmanı adını qazanıb.

2017-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra 6 ay müddətində Ege Universitetinin ürək transplantasiyası bölməsində ürək və damar cərrahı uzmanı kimi fəaliyyət göstərib. 2018-2019-cu illərdə İzmirdə Özəl Su Xəstəxanasında kardiocərrah kimi fəaliyyət göstərib. Hal-hazırda İraqın Kərbəla şəhərində Al-Kafeel xəstəxanasında ürək və damar cərrahı  kimi çalışır.