Çinarə Əlizadə

Polşa Respublikası

Polşa Milli Baletinin birinci solisti

Çinarə Əlizadə Moskvada doğulub. Peşəkar səhnəyə ayaq açdığı gündən bacarıq və istedadını sübut edib. 15 yaşında o, Moskvada keçirilən balet ustalarının Beynəlxalq müsabiqəsində əsas mükafata layiq görülüb. 1995-ci ildə  Natalya Nesterovanın Yeni Humanitar Universitetinin Rəqs Akademiyasına qəbulolunub. Sonra Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirib. 

Məşhur pedaqoqlar Natalya Arxipova və Lyudmila Litavkinin rəhbərliyi altında balet sənətinin ən incə sirlərinə yiyələnib.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Çinarə Əlizadə 2005-ci ildə buraxılış imtahanlarından dərhal sonra müsabiqə yolu ilə Böyük Teatrın balet truppasına qəbul edilib. Elə həmin il həmyerlimiz balet artistlərinin Moskvada keçirilən beynəlxalq müsabiqəsində iştirak edib və qalib gələrək müsabiqənin qızıl medalı və I mükafatını əldə edib. Azərbaycanlı balerina Böyük Teatrın truppası ilə bir çox yaxın və uzaq ölkələrdə qastrol səfərlərində olub.

 Ç.Əlizadə teatrda yaradıcı fəaliyyətə başladığı  ilk gündən  P.Çaykovskinin “Qu gö-lü” baletində əsas rolu ifa edib. Sonra Minkusun “Bayadera”, Adanın “Jizel” və s. baletlərin tamaşalarında əsas partiyaların ifaçısı kimi səhnədə görünüb. 2009-cu ildə Böyük Teatrın “Jizel” baletinin afişasında da Çinarənin adı yazılıb. O, Bakıya qastrol      səfərlərində Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “Jizel”, “Don Kixot”  baletlərində baş rollarda çıxış edib.

Əməkdar artist 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.