Sevinc Ömərli

Biznes analitik

Macarıstan Respublikası

Bakıda doğulan Sevinc Ömərli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Daha sonra Türkiyənin Qazi Universitetinin MBA fakültəsində tam təqaüdlü magistatura təhsili alıb və universitet illərində Türkiyənin Avropa Birliyi Nazirliyində, G20 Zirvəsində və Birləşmiş Millətlər Təşkilatında (BMT) COP12 konfransında qrup lideri olaraq çalışıb.

2014-cü ildə universitetin “Erasmus” proqramına qəbul alaraq İngiltərənin Mançester şəhərində “Eurosolar” şirkətində 4 aylıq təqaüdlü praktika keçmək hüququ əldə edib. S. Ömərli magistatura üzrə təhsilini bitirdikdən sonra Budapeşt Korvinus Universiteti, Marketinq şöbəsində tam təqaüdlə (“Stipendium Hungaricum”) doktorantura təhsili almaq imkanı qazanıb. 2018-ci ilin yanvarından dünyanın ən prestijli şirkətlərindən olan IBM-də Biznes analitik vəzifəsində  işləyir.

Hazırda təhsil almaqla yanaşı, eyni zamanda tədqiqat aparan gənc İBM-çi, konfranslarda da iştirak edir.27 may – 1 iyun tarixlərində Şotlandiyanın Qlazqo şəhərində keçirilən dünyanın ən məşhur marketinq konfranslarından biri olan EMAC-ın 47-ci toplantısında (“Doctoral Colloquium”) çıxış edib.

Hal-hazırda Macarıstanın paytaxtı Budapeşt şəhərində yaşayır.