Əhməd Xeyir Pur

Fransa

Fransa Tədqiqatlar Mərkəzində Molekulyar Biologiya üzrə  elmi rəhbər və koordinator

Əhməd Xeyir Pur 1939-cu ildə Urmiyada anadan olub. İranın Kərəc şəhərində Kənd Təsərrüfatı İnstitutunda bakalavr təhsili aldıqdan sonra Fransanın Montpellier Universitetində (Genetika üzrə doktor) təhsil alıb. Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin elmi direktoru olub. Sarbon Universitetinin professorudur. Azərbaycan Milli Elmlər Akademiyası və Elmi Tədqiqatlar üzrə Fransa Tədqiqatlar Mərkəzində Molekulyar Biologiya üzrə  elmi rəhbər və koordinatordur.

Bitkilərdə virus xəstəliklərinin molekulyar genetikası və biotexnologiyası üzrə araşdırmalar aparıb.

Fransa laboratoriyalarında Azərbaycandan olan doktorantlara və gənc alimlərə Molekulyar Biologiya üzrə təlimlər keçib ki, bunun da Bakıda AMEA-nın “Molekulyar Biologiya və Biotexnologiya İnstitutu” nun yaradılmasına böyük köməyi olub.

Müxtəlif bitkilərin genetikası, bitki yetişdirmə sistemlərinin molekulyar genetik tədqiqatları və virus molekulyar analizləri ilə bağlı beynəlxalq jurnallarda, qəzetlərdə  50-dən çox elmi məqaləsi çıxıb.

Əhməd Xeyir Pur elm sahəsindəki nailiyyətlərinə görə çoxsaylı mükafatların sahibidir.

1964-cü ildən Fransada yaşayır.