Nərgiz Rzayeva- Bald

İş xanımı

1981-ci ildə Moskvada ziyalı ailəsində anadan olub. 9 yaşı olanda Bakıya köçüblər. 1998-ci ildə orta təhsilini 43 nömrəli məktəbdə başa vurub. 1999-2004-cü illərdə BDU-nun biologiya fakültəsinin əvvəlcə əyani, son iki ilini isə qiyabi şöbəsində təhsil alıb. 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayır.

Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə “Cooper Rehab and sports therapy” şirkətində işləyib. 2005-2007-ci illərdə əvvəlcə “PBS “ şirkətində, ardınca “Shore orthopedic group”-da çalışıb. 2007-2009-cu illərdə müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib. 2009-2011-ci illərdə “Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il “The Plastic Surgery Center”də işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə “Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik edir.

Həyat yoldaşı Robert Baldla 2002-ci ildə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar..