Anar Əhmədov

Elm adamı

Anar Əhmədov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə Bakı şəhərindəki 58 nömrəli tam orta məktəbi bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.

1996-cı ildə Amerika Birləşmiş Ştatlarına köçən Anar Əhmədov ali təhsilini Kaliforniya Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat üzrə doktorluq elmi dərəcəsini  alıb. O, həm də 2003-2004-cü illərdə ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində doktorantura təhsili alıb.

ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, Harvard Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində professor və alim kimi çalışıb. Hazırda ABŞ-ın Minnesota Universitetinin professorudur.

A. Əhmədov 2012 və 2018-ci illərdə Amerikanın məshur ”Sloan” ve “Simons” Fondları tərəfindən uyğun olaraq ABŞ və Kanadanın nüfuzlu universitetlərində tədqiqat aparan 126 “ən uğurlu gənc alim” və 52 “uğurlu alim” siyahılarına daxil edilib, mükafatlara layiq görülüb. Bu barədə “New York Times” qezetində də qeyd olunub.

A.Əhmədov  ABŞ Riyaziyyatçılar Cəmiyyəti tərəfindən riyaziyyatın topologiya sahəsində gördüyü mühüm işlərə görə “2020 Fellow of American Mathematical Society” mükafatına da layiq görülüb. 2019-cu ildə isə  Almaniyanin “Alexander von Humboldt” Fondu tərəfindən mükafatlandırılıb və 3 illik Bayreuth Universitetinə tədqiqat aparmaq üçün dəvət olunub.