Məryəm Hacıyeva

Opera müğənnisi 

Məryəm Hacıyeva 1992-ci il 18 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə birlikdə İsrailin Afula şəhərinə köçüblər. 11 yaşında Afula Konservatoriyasında xor dərslərinə başlamışdır. 14 yaşında Bakıya gələrək Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirmişdir. 2009-cu ildə İsrailə qayıdaraq Hayfa şəhərində Rubin adına Konservatoriyada təhsilini davam etdirmişdir.

M.Hacıyeva İsraildə musiqi və rəqs ixtisası üzrə Yerusəlim Akademiyasını bitirib. Onun opera repertuarına “Musetta in La boheme”, “Lisette in La rondine”, “Suor Dolcina in Suor Angelica (Puccini)”, “the Second Woman in Dido”, “Aeneas (Purcell), Annina in La traviata (Verdi)” və digər əsərlər daxildir. İsraildə və xaricdə musiqi müsabiqələrində mükafatlar qazanmışdır. “Amerika Hindistan Kolleci Fondu”nun təqaüdunü qazanmışdır. İsraildə bir çox konsertlərdə solist kimi çıxış etmişdir. O, həmçinin İsrailin Givatayim şəhərində keçirilən “Keren Şaret” müsabiqəsində “Ən yaxşı ifaçı” adına layiq görülmüşdr. Eyni zamanda, dağ-yəhudi vokalistlərinin “Astaray Juuro” ilk ümumdünya gənclər yarışmasının finalçısıdır.