Şəfəq Azər

Dünya Türk Yazarlar Birliyi və “Fikir, Sənət və Ədəbiyyatda TÖRƏ” dərgisinin Almaniya təmsilçisi

Şəfəq Azər 1976-cı ildə Tovuz rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və ibtidai təhsilin metodikası fakültəsini, 2003-cü ildə Almaniyada ixtisasartırma kursunu bitirmişdir. 1990-cı ildən müxtəlif qəzet və jurnallarda, televiziya proqramlarında müntəzəm çıxışlar edir. Yazıları Azərbaycan, Türkiyə, Almaniya və İngiltərənin müxtəlif elmi-kütləvi qəzet və jurnallarında dərc olunmuşdur. Bir sıra kitabların müəllifidir. 2013-cü ildə Almaniyada Mədəniyyətə, idmana xidmət medalı (Hötzüm, Almaniya) və elə həmin ildə Türk Dünyasına xidmət medalı ilə təltif olunmuşdur. Dünya Türk Yazarlar Birliyinin və tanınmış “Fikir, Sənət və Ədəbiyyatda TÖRƏ” dərgisinin Almaniya təmsilçisidir.

Hal-hazırda Almaniyada elmi-pedaqoji, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, həm də diaspor xətti ilə və fərdi şəkildə bütün türkdilli millətlərin mədəniyyətini, ədəbiyyatını və tarixini təbliğ edir. Rəsmi olaraq Almaniyanın ali məktəblərində və dövlət orqanlarında işləmək və seminar rəhbəri olmaq hüququna sahibdir. Pedaqoji sahə ilə bərabər, eyni zamanda ictimai fəaliyyətlə də məşğuldur. Yaşadığı ərazidə Mədəniyyət Mərkəzinin üzvü olmaqla yanaşı, ailəliklə həm də İdman mərkəzinin üzvüdürlər.