Elçin Əzizov

Opera müğənnisi

Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK (Şən və Hazırcavablar Klubu) yarışında çıxış edərək “Bakılı oğlanlar” (“Parni iz Baku”) komandası ilə tanış olur və onların bir üzvü olur. Həmin il “Bakılı oğlanlar” ŞHK çempionu olur və 1993-cü ildə finala yüksəlir. 

E.Əzizov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə “Bakılı oğlanlar” ilə Kuboku və “XX əsrin ən yaxşı komandası” adını qazanıb.

2005-ci ildə Elçin Əzizova Azərbaycan Dövlət Akademik Filarmoniyasında oxumaq təklifi gəlib və o konsert proqramı ilə çıxış edib. Həmin ilin yayında, Elçin Əzizov Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay Akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Rusiyada Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfəJorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan “Turistlər” serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zalsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildəMoskva Böyük Teatrda Modest Musorqskinin “Boris Qodunov” operası ilə debüt edib.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Qeyd edək ki, Elçin Əzizov Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə ailə həyatı qurub.