Abbasov Asiman Adəm oğlu

Abbasov Asiman Adəm oğlu 2001-ci ildə Azərbaycanda anadan olub. 2004-cü ildən ailəsi ilə birlikdə Fransanın Nant şəhərində yaşayır. 2019-cu ildə Nant şəhərində Texnologiya Kollecini bitirib. “İMS” Universitetinin (İnstitut des Metiets de İenseignement Superieur) “Biznesmen-menecment” ixtisasi üzrə 1-ci kurs tələbəsidir. 8 yaşından idmanla məşğuldur. Güləş üzrə departament, Atlantik regionu və Fransa çempionluğunu qazanmışdir.

Hal-hazırda cüdo idman növü ilə məşğuldur. Cüdo üzrə departament çempionu, Fransa regional cempionu, Lissabon şəhərində Avropa 4-cüsü və 2-ci dəfə Fransa cempionu olub. 15 fevral 2020-ci ildə cüdonun GGB növü üzrə Paris şəhərində keçirilən turnirdə 1-ci yeri tutaraq, Dubayda keçirələcək Dünya cempionatına vəsiqə qazanıb. Həmyerlimiz Fransanın Nant şəhərində yaşamağına baxmayaraq, bütün yarışlarında Azərbaycan bayrağını dalğalandırır. Nant Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Zaur Rzayev cəmiyyət adından daimi Asiman Abbasova dəstək olduqlarını bildirib.