Strasburq Vəkillər Kollegiyasının üzvü
Dilbadi Qasımov 1980-ci ildə Naxçıvanda (Şərur rayonu) anadan olub. 1997-2001-ci illərdə Bakıda Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində oxuyub. 2001-ci ildən Fransada yaşayır.
Orada hüquq təhsili almağa başlayan həmyerlimiz 2005-ci ildə “Master 2” diplomunu əldə edib.
2009-cu ildə Fransada hüquq sahəsində doktorantura pilləsi üzrə təhsil alan ilk azərbaycanlı olub.
D.Qasımov 2009-cu ildə Azərbaycana qayıdıb və bir il Prezident yanında Strateji Araşdırmalar mərkəzində böyük məsləhətçi kimi çalışıb.
2010-cu ildə yenidən Fransaya qayıdan Dilbadi Qasımov burada 2 illik vəkillik məktəbinə daxil olur və 2013-cü ildə təhsilini bitirir. 2014-cü ildən Strasburq Vəkillər Kollegiyasının üzvüdür.
Dilbadi Qasımovun 2 övladı var.
Fransada fəaliyyət göstərən Kəpəz Nəşriyyat Evinin həmtəsisçisidir. D. Qasımov, eyni zamanda Fransada tanınmış diaspor nümayəndəsidir.