Şamo Eyvazov

Şamo Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində Nəriman Bəşirov adına tam orta məktəbi bitirib. Uzun müddətdir ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.

8 may 2017-ci il tarixində İspaniyada keçirilmiş Muay tay idman növü üzrə çempionatın qalibi olub. Həmin çempionatda Şamo Eyvazov bütün rəqiblərinə qalib gələrək birinci pilləyə yüksəlib.

2018-ci ildə İspaniyada 70 kq çəki dərəcəsində “MMA” (Qarışıq Döyüş Sənətləri) üzrə İspaniya çempionu olub.

27 avqust 2019-cu ildə İspaniyada “Qarabağ” İdman Klubunu açıb. Olduqca vətənpərvər olan gənc Şamo Eyvazovun “Qarabağ” klubunu yaratmaqda məqsədi bu ad altında beynəlxalq yarışlara idmançılar çıxarmaq və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut etməkdir.

Qeyd edək ki, Şamo Eyvazov bu günə qədər 64 döyüş keçirib. Onun 51-i Şamo Eyvazovun qələbəsi ilə başa çatıb.