Ramil Malik oğlu Dursunov

Friburq Universitetində tədqiqatçı-alim

Əslən azərbaycanlı olan Ramil Dursunov 1989-cu il 29 may tarixində Ukraynada anadan olub. 2005-2009-cu illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2009-2011-ci illərdə isə həmin Universitetdə Beynəlxalq münasibətlər, beynəlxalq hüquq ixtisası üzrə magistr təhsili alıb. 2011-2014-cü illərdə Yaroslav Milli Hüquq Universitetində aspirantura pilləsi üzrə təhsilini davam etdirib. Elə həmin illərdə Ukraynanın Xarkov şəhərində Xarkov Milli İqtisad Universitetində Beynəlxalq ictimai hüquq üzrə müəllim işləyib. 2014-cü ildə  “Dövlətlərin beynəlxalq hüquqi baxımdan tanınması (nəzəriyyə və təcrübə problemləri)” mövzusunda müdafiə edərək, beynəlxalq hüquq üzrə fəlsəfə doktoru elmi adını qazanıb, 2014-2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim işləyib.

2017-ci ildən etibarən İsveçrənin Friburq Universitetində beynəlxalq hüquq kafedrasında tədqiqatçı kimi çalışır.