Aytən Mirzoyeva

Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti 

Aytən Mirzoyeva Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb, Texasda Universitetə daxil olaraq İdarəetmə və Beynəlxalq İqtisadiyyat fakültəsini bitirib. 20 ildən çoxdur ki, xaricdə yaşayır.

Aytən Mirzoyeva Azərbaycan tibb elminin görkəmli xadimlərindən olan Bəşir Quliyevin nəvəsidir. Hazırda Fransanın paytaxtı Parisdə yaşayır. Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidentidir. Şirkətin rəhbəri və baş memarı həyat yoldaşı Tomas Şinkodur. Qeyd edək ki, T.Şinko Bakıda, Xəzər dənizinin sahilində bir çox heyrətamiz memarlıq nümunələrinin yaradıcısıdır

Qeyd edək ki, 1973-cü ildə Klod Viskonu tərəfindən əsası qoyulan “Vasconi Architectes” firmasının mənzil qərargahı Parisdə yerləşir. Eyni zamanda, Lüksemburq, Honk-Konq və Nyu-Yorkda da ofisləri fəaliyyət göstərir.

“Vasconi Architectes” 40 il ərzində genişmiqyaslı şəhər və baş planlar hazırlayıb. Firma ekoloji olaraq təmiz, innovativ texnologiyalar, ekoloji materiallar və enerjiyə qənaət edən konstruksiyaların istifadəsi ilə yüksək keyfiyyətli layihələri ilə məşhurdur.