Əli Əzimov

Əli Əzimov 1983-cü ildə Bakının Buzovna kəndində anadan olub. 2000-ci ildə həmin kənddə 26 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək, istehlak mallarının keyfiyyətinin təyin edilməsi üzrə ekspert ixtisasına yiyələnib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Sonra on il “ZZ motors” şirkətinin ehtiyat hissələri departamentində menecer işləyib. 2011-ci ildə  ailəsi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinə gəlib

Ə.Əzimov iki il Çikaqoda müxtəlif işlərdə çalışıb. 2013-cü ildə “BakuCaspian” şirkətini yaradaraq biznes sahəsində fəaliyyətə başlayıb. Şirkət yaşlı və eləcə də azyaşlı amerikalıların tibbi nəqliyyatla xəstəxanalara daşınması ilə məşğul olur. 2018-ci ildən başqa bir soydaşımızla birgə daha iri şirkət yaradıb. Hazırda 20 sürücüyə və 4 inzibati işçiyə rəhbərlik edir. Onların bir neçəsi azərbaycanlılardır.

Ən böyük arzusu Çikaqoda “Azərbaycan Mədəniyyət Mərkəzi” yaratmaqdan ibarətdir. Ailəlidir,  üç övladı var.

Həyat yoldaşı Günel xanım məşhur söz ustadı Kəbir Azərinin qızıdır. Günel xanım ixtisasca ingilis dili müəllimidir. Hazırda həyat yoldaşının şirkətində çalışır.