Dr. Sabrin Ali Azim

Dr. Sabrin Ali Azim 1988-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib, tibb sahəsi üzrə təhsil alıb. Elə həmin ildə təhsilin ordinatura pilləsinə qəbul olub, 2012-ci ildə ordinatura təhsilini bitirib, ağız və üz çənə cərrahı ixtisasına yiyələnib. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur.

 Hazırda Birləşmiş Ərəb Əmirlikləri “Ras al Khaimah medical health and sciences University”də ağız və üz çənə cərrahiyyəsi kafedrasının dosentidir.

 Dr. Sabrin Ali Azim bu illər ərzində bir sıra işlərə imza atıb. O, “Ras al khaimah medical health and sciences Univeristy” və Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq Memorandumunun bağlanmasına nail olub ki, bunun nəticəsində artıq 35-dən çox tələbə üç dəfə Azərbaycan Tibb Universitetində onun rəhbərliyi altında təcrübə proqramı keçib və məhz Azərbaycanda oz mütəxəssislərimizlə BƏƏ tələbələri üçün üç dəfə implantologiya üzrə nəzəri və praktik kurslar təşkil edib.

 Eyni zamanda, Səhiyyə Nazirliyi ilə mütəmadi görüşlər keçirilib. Dr Sabrin Ali Azim Pakistanın “Riphaa” Universiteti və Azərbaycan Tibb Universiteti arasında bağlanan müqavilə nəticəsində pasient hüquqları mövzusunda yüksək səviyyəli konfransın təşkilinə hazırlaşır və gələcəkdə başqa böyük layihələrin keçirilməsini də planlaşdırır.

 Dr. Sabrin Ali Azim Azərbaycanı müxtəlif ölkələrdə təşkil olunmuş konfranslarda çıxışları və elmi məqalələri ilə layiqincə təmsil edir. O, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə aksiyası keçirib. Gənc azərbaycanlı həkim və tələbələr üçün müxtəlif ölkələrdə tibbi fəaliyyət üçün lisenziyaların alınması və ya təhsillərini davam etdirə bilmələri üçün yollar göstərmək məqsədi ilə “Dr. Sabrin Ali Azim ilə sadə söhbət” adlı onlayn proqram yaradıb.