Cavid Telman oğlu Səfərov

Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında “Mayelərin istilik fiziki xassələrinin araşdırılması” elmi qrupunun rəhbəri

Cavid Səfərov 1965-ci il dekabrın 10-da Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-ci ildə Ürkməzli kənd orta məktəbi bitirib, həmin il də Azərbaycan Texniki Universitetinin (əvvəlki Azərbaycan Politexnik İnstitutu) Mexanika fakültəsinin Soyuducu-kompressor maşın və qurğuları ixtisasına daxil olub. 1989-cu ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Mühəndis-mexanik ixtisasına yiyələnib. 1989-cu ildə Azərbaycan Texniki Universitetin İstilik və soyuqluq texnikası kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Azərbaycan Texniki Universitetdə əyani aspiranturaya daxil olmuş və 1993-cü ildə vaxtından əvvəl Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 19932004-cü illərdə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışmışdır.  1995-ci ildə Türkiyənin Ankara şəhərinin nüfuzlu Bilkənt Universitetində elmi təcrübə keçmişdir. 2005-ci ildə Azərbaycan Texniki Universitetinin İstilik və soyuqluq texnikası kafedrasının dosenti diplomunu almışdır. 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışmışdır. 2006-cı ildən Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasının elmi işçisidir. Cavid Səfərov IAPWS (Beynəlxalq su və su buxarı cəmiyyəti)-ın Almaniya bölməsinin üzvüdür. O Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von Humboldt (2003-2004, 2007) və Yaponiyanın JSPS (2004) elmi təqaüdlərinə layiq görülmüşdür. 2011-ci ildən Rostok Universitetinin Texniki Termodinamika kafedrasının daimi elmi işisi və Mayelərin istilik-fiziki xassələri elmi laboratoriyasının rəhbəridir.

Cavid Səfərovun Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında rəhbərlik etdiyi Mayelərin istilik-fiziki xassələri” elmi qrupu dünyanın çox saylı elm mərkəzləri ilə müştərək elim araşdırmalar aparır. Bunlara misal olaraq, Amerikanın Milli standartlar (NİST) İnstitutunu, AnkaraƏrzurumİstanbulİzmirRizəSamsunSivasVan və s. şəhərlərinin universitetlərini, İspaniyanın Saraqosa Universitetini, Portuqaliyanın Porto və Yeni Lissa­bon Universitetlərini, Yunanıstanın Tessaloniki şəhərinin Aristotel Universitetini, Rusiyanın Kalininqrad, KazanKurskMoskvaNovosibirskSankt-Peterburq, və ş. şəhərlərinin Universi­tetlərini və elmi-tədqiqat mərkəzlərini, eləcə də AvstriyaBelorusFransaİsveçİtaliyaMisirNorveçPolşaRuminiyaSəudiyyə ƏrəbistanıSloveniya və s. ölkələrin müxtəlif elm mərkəzlərini gös­tərmək olar.