Emil Səlimov

Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü

Səlimov Emil Ənvər oğlu 1956-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Moskva Dövlət Mədəniyyət İnstitutunun rejissorluq fakültəsinə qəbul olub. Təhsilini bitirdikdən sonra Paris şəhərində yaşayaraq fəaliyyətini davam etdirib. 1981-ci ildə E.Eqadze ilə birgə “Usaçyovkada” teatr-studiyasının yaradılmasında iştirak edib. 1983-cü ildə uşaqlar üçün “Nağıl” studiyasını yaradıb.

19851986-cı illərdə Meyerxoldun yetirməsi olan Valentin Pluçekin Moskva Dövlət Akademik Satira Teatrının nəzdindəki emalatxanasına stajirovkaya dəvət edilib.

1986-cı ildə Gürcüstan Mədəniyyət Nazirliyinin dəvəti ilə Mesxişvili adına Kutaisi Dram Teatrında E.de Filipponun “Silindr” pyesini tamaşaya qoyub. 1987-ci ildə Moskvada “Köhnə şlyapa” adlı müstəqil peşəkar teatr yaradıb. Qeyd edək ki, bu teatrın truppası ilə SSRİ-də ilk dəfə E.İoneskonun “Keçəl müğənni qadın” və P. Vaysın “Marat-Sad” pyeslərini tamaşaya qoyub.

1994-cü ildə Parisdə “Parantez” teatr şirkətini təsis edib. 2000-ci ildən Fransanın dram müəllifləri və bəstəkarlar Cəmiyyətinin üzvü, 2018-ci ildən isə fəxri üzvüdür.

20002001-ci illərdə müstəqil səhnələşdirmə əsasında “Lüserner” teatrında F.Kafkanın “Proses” və “Amerika” əsərlərini tamaşaya qoyub. Metodunun təqdimatını keçirmək üçün 2009-cu və 2011-ci illərdə Dramatik Sənətlər Milli Dövlət Konservatoriyasına dəvət edilib. 2013-cü ildə bu metodu tədris edən özəl məktəbini açıb. 40 il ərzində Emil Səlimov hazırladığı tamaşaların prodüseri, rejissoruxoreoqrafı, dekoratoru, aktyor sənəti, dramaturgiya nəzəriyyəsi, fransız və əcnəbi teatrın və opera sənətinin tarixini tədris edən pedaqoq, 20-dən çox pyes və adaptasiyanın müəllifi kimi fəaliyyət göstərir. Emil Səlimovun tərcümeyi-halı 2010-cu ildə “Rus mühacirlərinin Fransası” ensiklopediyasına daxil edilib.