İsmayıl Rüstəmov

ABŞ-ın “Araşdırma və İnkişaf Qrupu”nun media və texnologiya üzrə rəhbəri

İsmayıl Rüstəmov 1960-cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhərindəki 1 nömrəli orta məktəbi bitirərək Azərbaycan Neft-Kimya İnistitutuna qəbul olunub. 1982-ci ildə oranı kimyaçı mühəndis kimi başa vurub. Elə həmin il göndərişlə Azərbaycan Elmlər Akademiyasının Kimya Texnalogiyasının Nəzəri Problemləri İnstitutuna mühəndis kimi işə götürülüb. Orada çalışdığı müddətdə aspiranturada təhsilini davam etdirib. 1988-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1992-ci ilədək həmin inistitututda böyük elmi işçi vəzifəsinədək yüksələ bilib. 

1992-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərinə köçüb. Ştatın Los-Anceles şəhərinə köçənədək bkollecdə ingilis dili üzrə təhsil alaraq dil biliklərini təkmilləşdirib. 1993-cü ildən əhalisinin sayı 13 milyon olan meqapolisdə – Los Ancles şəhərində yaşayır və çalışır.

Hal-hazırda bu şəhərdə fəaliyyət göstərən, dünyaca məşhur FENOMENEX şirkətinin elmi tədqiqat şöbəsinin “Texnologiyalar və kimya sorbentləri qrupu”na rəhbərlik edir. Rəhbərlik etdiyi qrupda 7 amerikalı alim elmi araşdırmalarla məşğuldur.

ABŞ-ın Los-Anceles şəhərindəki FENOMENEX firmasının elmi işlər üzrə baş mütəxəssisi, kimya elmləri namizədi İsmayıl Rüstəmov çalışdığı kollektivdə yüksək elmi potensial və güclü təfəkkür sahibi kimi tanınmışdır. Kimya elmi üzrə ilk biliyini atası, ömrünü neft-kimya tədqiqatlarına həsr etmiş, tanınmış alim akademik Musa Rüstəmovdan alan İsmayıl Rüstəmov 28 ilə yaxındır ki, ABŞ-da yaşayır və çalışır. ABŞ-ın nüfuzlu elmi nəşrlərindən sayılan “Journal of Chromatography” və “Journal of Analytical Chemistry” jurnallarında bir neçə məqaləsinin dərc edildiyini, son tədqiqatlarına ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrindən patent aldığını bildirir.

Qeyd edək ki, FENOMENEX firması nüfuzlu “Wall Street” jurnalının elmi məqalələr arasında “Əməkdaşlıq üçün ən layiqli tərəfdaş” adı uğrunda keçirdiyi müsabiqənin qalibi olmuşdur.