Nicat Kazımov

Yazıçı, Fransada fəaliyyət göstərən “Kəpəz” Nəşriyyat Evinin rəhbəri

Nicat Kazımov 1993-cü ilin 21 mart tarixində Gəncə şəhərində andan olmuşdur. Təhsilini, Gəncə şəhərində yerləşən Cəfər Cabbarlı adına 6 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil aldıqdan sonra, 2011-ci ildə Fransanın Korsika adasının Korte şəhərindəki Paskal Paoli universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. 2012-ci ildən etibarən Strasburq şəhərində hüquq və modern ədəbiyyat ixtisası üzrə təhsilini davam etdirir.

Yazıçı, həmçinin Fransada yaradılmış Kəpəz Nəşriyyatının yaradıcılarından biridir. Fransada ilk dəfə azərbaycanlı tərəfindən yaradılmış nəşriyyat Azərbaycan və dünya ədəbiyyatının klassik və modern əsərlərinin çapı ilə məşğuldur. Məsələn: Əhməd bəy Ağaoğlu ”La Réfome du Monde Musulman”, Nəriman Nərimanov ”Bahadir et Sona”, Edin Hadzic ”Nisan”, Cuma Kiliç ”Cuma Günü”, Hüseyn Abbaszadə, ”Vous êtes d’ou Monsieur Abel?”, Azərbaycan Ədəbiyyatı Antologiyası XIX əsrdən günümüzə (Anthologie de la litterature azerbaidjanaise), Məmməd Əmin Rəsulzadə ”Les Souvenirs de la révolution avec Staline” (Stalinlə ixtilal xatirələri), Qırğızıstan atları: Tchar.

N. Kazımov hazırda Fransada yaşayır. “İblisin Oyunu” romanının müəllifidir. 7 noyabr 2014-cü il tarixindən yazıçının fransız dilində yazdığı “Rəngli Daşlar” (fr. Les pierres en couleurs) romanı Fransanın məşhur “Pantheon” nəşriyyatı tərəfindən çap edilib. Yerli mətbuatın verdiyi məlumata görə onun kitabı Fransa ilə yanaşı, KanadaİsveçrəBelçika və digər frankafon ölkələrdə satışdır.[2]

Yazıçının Rəngli Daşlar (rus. Разноцветные камни) əsəri tərcümə olunaraq, “Юридический центр” nəşriyyatı tərəfindən Rusiyada çap olunmuşdur və nüfuzlu kitab mağazalarında 2015-ci ilin dekabr ayından satışa çıxarılmışdır.