Pənah İbrahimov

Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində anadan olub. 2002-ci ildə orta
təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumlarında, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009- 2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr
dərəcəsinə (MBA) yüksəlib.
2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkəTin təməlini qoyub. 2013-cü ildə şirkətləri birləşdirərək “FACE” şirkətlər qrupunu yaradıb. Şirkət bu günədək Vaşinqton, Merilənd və Virciniya ştatlarında çoxsaylı 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. Hal-hazırda Şirkətin 200-ə yaxın işçisi var.
P. İbrahimov bir neçə mükafata layiq görülüb. Sonuncu dəfə təltif olunduğu “BHS” araşdırmalar təşkilatının – “Ölkələrarası ən yaxşı iş adamı” – mükafatıdır.
Ailəlidir. İki qız övladı var.