Abdullah Sofiyev

Süleyman Dǝmirǝl Universitetinin professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdiri

Abdullah Sofiyev 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kǝndindǝ anadan olub. Azǝrbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakultǝsini bitirdikdən sonra Texniki Universitetin “Nǝzǝri Mexanika” kafedrasının dosenti vǝsifǝsinə qədər irəliləyib.

90-cı illərdə Türkiyəyə köçüb. Əvvəlcə Ondokuz Mayıs Universitetində işləyib. 2005-ci ildǝn Süleyman Dǝmirǝl Universitetinin professoru vǝ İnşaat Mühǝndisliyi Bölümü Mexanika kafedrasının müdiridir. 2003-cü vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanan silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilləşmə probleminin hǝllinǝ nail olub. 2006-cı və 2014-cü illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanan təbəqələşmiş örtüklǝrin bütöv mühitdǝ stabilləşmə problemlǝrinin hǝlli yolunu tapıb. Bu nǝticǝlǝr peyklǝrdǝ, raketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilir. 2016-cı ildǝ Teorik vǝ Uygulamalı Mekanik Türk Milli Komitəsinin sǝdr müavini seçilib.

200-dǝn çox fundamental elmi mǝqalǝnin müǝllifidir. Mötǝbǝr jurnallarda A.Sofiyevin əsǝrlǝrindən 1500-dǝn çox sitat gətirilib. Bu fakt onun adının dünyanın nüfuzlu alimləri siyahısına düşməsində mühüm rol oynayıb.